Tarkanın konsertində yaşanan texniki problemlərlə bağlı AÇIQLAMA
Ötən gün Bakıda 20 min insanın izlədiyi Tarkan konsertində texniki problərin olması vətəndaşların çoxsaylı narazılığına səbəb olub.
azxeber.com xəbər verir ki, bununla bağlı gecənin PR və Media meneceri, jurnalist Pərviz Hüseynli açıqlama verərək məsələyə aydınlıq gətirib:
"Şərhlər çox gəlir deyə, açıqlama verim:
Texniki rayder artistin tələbi əsasında hazırlanır. Konsertdə də artistin istədiyi sayda səs, işıq və ekran quraşdırılıb, soundcheck vaxtı isə təhvil verilib. O andan sonra şouya aid hər şey sənətçinin komandası tərəfindən idarə olunur. Səsin desibelinin nə qədər olması, ekranlarda hansı slaydın və ya görüntünün nümayiş edilməsi təşkilatçıya aid məsələ deyil.
Təşkilatçıların işi insanları ora təhlükəsiz şəkildə keçirmək, tədbirin sonunadək mühafizə etməkdir. Zalda hər şey beynəlxalq standartlara uyğun quraşdırılmışdı. Şouya aid hissələrə görə məsuliyyət bizim üzərimizdə deyil" - deyə jurnalist bildirib .
Qeyd edək ki, bir çox izləyici konsertdə olan səslənmədən və akustikadan narazılıq bildirərək Meqa Starı sona qədər izləmədən məkanı tərk etdiyini bildirib.
Aysel
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var