Taxta bazarında zərərçəkən sahibkar: "70-80 min manatlıq ziyan dəyib"
Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib.
KONKRET.az-ın məlumatına görə, yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov "Report"a bildirib ki, 80 kvadratmetrlik ərazidə təxminən 70-80 min manatlıq malı yanıb.
"Yanğın qonşu sexdən başlayıb. Heç bir sığorta şirkəti bazarı sığortalamayıb. Dəfələrlə müraciət olsa da, riskli ərazi olduğuna görə sığorta edilməyib", – sahibkar deyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.//Report

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi