Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLAR

Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLARAzərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu" keçirilib.
azxeber.com xəbər verir ki, Forum iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan Azərbaycanın Ümummilli Liderinin abidəsini ziyarət edib. Onlar abidənin önünə əklil qoyub və gül dəstələri düzüblər. Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad olunub.
Daha sonra Forum öz işinə başlayıb.
Forumun əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən foto sərgi nümayiş etdirilib.
Forum Azərbaycan Respublikasının və Gürcüstanın Dövlət Himnləri ilə başlayıb. Eləcə də Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumu Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili açıq elan edib. O, tədbir iştirakçılarını salamlayaraq onları Forumun mahiyyəti ilə bağlı məlumatlandırıb.
T.Allahverdili söyləyib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin müşaviri Eldar Bayramov Qərbi Azərbaycana qayıdışla bağlı danışıb. O, bunun həmin ərazilərdən didərgin düşən azərbaycanlıların haqqı olduğunu bildirib.
Müşavir çıxışında Cənubi Qafqazda yaşayan azərbaycanlıların və gürcülərin dövlətçilik tarixindən danışıb, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov deyib ki, Qərbi Azərbaycan qayıdışla siyasi müstəvidə həyata keçirilən işlər təqdirəlayiqdir. O bildirib ki, bu gün Qərbi azərbaycanlılar öz doğma tarixi yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. O.Ərəbov Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində xalqımızın buna da nail olunacağını vurğulayıb.
Sonra Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Naqif Həmzəyev çıxış edib. O söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan, əslində, onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb. Bu tədbirlər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil.
Deputat dost və qardaş Gürcüstanın və gürcü xalqının da regionda sülhün bərpa olunmasına çalışdığını qeyd edib. Bildirib ki, məhz Azərbaycan, Gürcüstan və Türkiyə birliyi nəticəsində buna nail olacağıq.
KOBİA yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Qərbi azərbaycanlıların doğma yurd-yuvalarına qayıtması onların öz mənəvi haqqı olduğunu bildirib.
Çıxışlardan sonra Forum iki hissəli panel müzakirələri ilə davam edib.
Birinci panel İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti, professor Nikoloz Cavaxişvili moderatorluğu ilə keçirilib. Paneldə Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov, gürcü tarixşünas, professor Tengiz Malania və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Huseyn Yusubov çıxış ediblər. Onlar "Cənubi Qafqazda sülh quruculuğu və separatizimə qarşı birgə fəaliyyət" mövzusunda müzakirələr aparıblar.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgərin moderatorluğu ilə "Gürcüstanın işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan məcburi deportasiya edilmiş şəxslərin geri dönüş prosesi" mövzusunda ikinci panel keçirilib.
Burada isə politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze, jurnalist Ceyhun Məhəmmədəli və Qarabağ qazisi-jurnalist Nahid Canbaxışlı çıxış ediblər.
Forum sual-cavab sessiyası ilə öz işinə yekun vurub.
Sonda isə ASAP-ın Gürcüstan nümayəndəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən Forum iştirakçıları adından beynəlxalq ictimaiyyətə çağırış və Forumunun yekunlarına dair bəyanat səsləndirilib.
Bəyanat beynəlxalq təşkilatlara və Gürcüstanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə göndəriləcək. Forumda çıxış edən məruzəçilərə plaket və Qərbi Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edilib.
Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLARTbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLARTbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLARTbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLARTbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLARTbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLARTbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTOLAR

Sosial       Tarix: 18 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı son xeberler 2026 krimnal bugun xabar az