Tblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLAR

Tblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARForum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutur. Tədbir Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başladı. 
Tədbiri giriş sözü ilə açan "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin sədri, "Diaspor" İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili Forum iştirakçılarını hər iki Qarabağ müharibəsində Şəhid olan, eyni zamanda, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Daha sonra T.Allahverdili Forumun bütün dünyada keçirilməsinin vacibliyindən qeyd edib: "Mən öz növbəmdə Gənclər Fonduna, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə dəstəkdən dolayı təkkür edirəm"
"Azərbaycanlı və gürcü gənclərin sülh çağırışına digər ölkələrin də gənclərinin qoşulacağına inanırıq", – deyə T.Allahverdili vurğulayıb.
Sonra layihə rəhbəri, ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov çıxış edərək Azərbaycan tarixində ilk dəfə baş tutacaq Forumun Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını deyib. S.Abbasov bu istiqamətdə beynəlxalq layihələrin keçirilməsinin vacibliyindən danışıb: "Bu gün "Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu"nda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edir. "Heydər Əliyev 100" ili çərçivəsində baş tutan Forumun əsas məqasədi Qarabağ həqiqətlərini Gürcüstanda yaymaq, eyni zamanda, regionda sülh prosesinin əhəmiyyətini gənclərə çatdırmaqdan ibarətdir. Bu Forum Azərbaycan tarixində ilk dəfədir keçirilir. Fürsətdən istifadə edib Gənclər Fonduna təşəkkür etmək istəyirəm. Bu Fondun dəstəyi ilə reallaşdırdığımız 3-cü beynəlxalq layihədir. Eyni zamanda, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Alyans Gənclər Mərkəzinə, bütövlükdə mənəvi dəstək olan hər kəsə təşəkkür edirəm. Qarabağ adı olan yerdə Dəmir Yumruq kimi birləşmək borcumuzdur."
Daha sonra S.Abbasov çıxışda bildirib ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra regionda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanlı gənclər bu reallıqlardan çıxış edərək gürcü həmyaşıdlıları ilə birlikdə regionda davamlı sülhün bərqərar olunması və dayanıqlı inkişafa nail olmaq üçün birgə fəaliyyət göstərməyi qərara alıblar. Tədbirin əsas məqsədi də gürcü gənclərlə birlikdə regionda davamlı sülh uğrunda mübarizənin əsasını qoymaqdır.
Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı Fövqaladə Səfirliyinin rəsmisi Eldar Bayramov çıxış edərək Forumun Gürcüstanda keçirilməsinin vacibliyindən danışıb. Daha sonra çıxışında E.Bayramov bildirib ki, tədbirin Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Tbilisidə təşkili də mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderə Gürcüstanda da böyük sevgi var və onun irsi qonşu ölkədə də öyrənilir. 
E.Bayramov son günlər regionda və dünyada baş verən hadisələrdən danışıb. Bildirib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə regionda əsas rol oynayan dövlətə çevrilib. Bu gün Azərbaycanın təşəbbüsü və Türkiyə ilə Gürcüstanın birgə iştirakı ilə reallaşan irimiqyaslı layihələr dünyanın diqqət mərkəzindədir. Bu üç dövlət qərblə şərq arasında əsas körpü rolunu oynayırlar. Lakin bizim möhkəmlənməyimizi, birliyimizi istəməyən qüvvələr də var. Onlar bütün vasitələrdən istifadə edərək Azərbaycana və digər ölkələrə maneə olmaq istəyirlər.
Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu və erməni separatçılarının digər qanunsuz əməlləri buna sübutdur.
Diplomat regionda davamlı sülhə nail olmaq üçün azərbaycanlı gənclərin təşəbbüsü ilə belə bir forumun təşkil olunmasını və gürcü gənclərin də bu tədbirdə iştirakını yüksək qiymətləndirib.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva çıxış edərək rəhbərlik etdiyi qurumun Gürcüstandakı fəaliyyətindən danışıb və hər zaman Mərkəzin bu kimi layihələrə önəm verdiyini deyib.
İş adamı, "Biotech" şirkətinin rəhbəri Orxan Mahmudov isə çıxış edərək bu kimi Forumların investisiya mühitinə mühüm təsir etdiyini dedi. 
Daha sonra layihə çərçivəsində hazırlanan 5 dəqiqəlik videoçarx gənclərə təqdim olundu.
Sonda gənclərin sualları cavablandırılıb, müzakirələr aparılıb, təkliflərin qeydiyyatı həyata keçirilib, digər çıxış edənlər isə tədbirin əhəmiyyətindən danışıb, gənclərin təşəbbüsü ilə sülh platformasının daha da genişlənməsinin vacibliyini vurğulayıblar.
3 günlük forumun yekununda layihə çərçivəsində iştirak edən 25 gəncə Sertifikat, papaq, geyim və suvenirlər təqdim olunub. 
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən keçirilir.
Tblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTblisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 11 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan son xəbər sonxəbər cebheden xeberler