TBMM sədri: '44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb
Türkiyə Azərbaycan və Ermənistan liderlərinin dialoqa hazır olduqları barədə bəyanatlarını, eləcə də hər iki ölkənin parlamentariləri arasında təmasların başlanmasını alqışlayır.
Azxeber.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib.
Şentopun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb.
Türkiyə parlamentinin sədri qeyd edib ki, sülh və normallaşma regionun bütün dövlətlərinin maraqlarına uyğundur.
"Bu, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə də aiddir. Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ermənistan tərəfindən səmimi addımlar olarsa, Ankara İrəvanla əlaqələri mərhələli şəkildə normallaşdırmağa hazırdır. Türkiyə ilə Ermənistan, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesləri bir-birini tamamlamalıdır", - Şentop bildirib.
TBMM sədri vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Cənubi Qafqazda yeni reallıqları nəzərə almalı və uzun müddət davam edən danışıqların səmərəli olmamasının səbəblərini təhlil etməlidir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır