TƏBİB-dən insanın sağlam girib xəstə çıxdığı poliklinikanın aqibəti ilə bağlı AÇIQLAMA - FOTOLAR

TƏBİB-dən insanın sağlam girib xəstə çıxdığı poliklinikanın aqibəti ilə bağlı AÇIQLAMA - FOTOLARAzərbaycanda bəzi dövlət səhiyyə müəssisələrinin vəziyyətinin ürəkaçan olmadığı, antisanitar vəziyyətin hökm sürdüyü, ciddi təmirə ehtiyac duyulduğu heç kimə sirr deyil. Doğrudur, dövlət tərəfindən bir çox xəstəxanalar təmir edilib və müasir avadanlıqlarla təmin olunaraq istifadəyə verilb. Lakin hələ də bərbad halda olan poliklinikalara rast gəlinir. Hansı ki, həmin tibb müəssisələrinə sağlam girən insanın oradan xəstə halda çıxacağını tam əminliklə söyləmək mümkündür. Sınıq-sökük qapıları, təmirsiz otaqları, dağılmış tavanı ilə xəstəxanadan daha çox tövləni xatırladan "tibb müəssisələri"ndən biri də Xırdalan şəhərində yerləşən poliklinikadır. Sosial şəbəkələrdə yayılan fotolara baxdıqda həmin poliklinikada xəstələrin müayinə və müalicəsinin həyata keçirilməsinin mümkün olmadığı anlaşılır. Bir sözlə, xəstəxana müharibədən çıxmış müəssisəni xatırladır. 21-ci əsrdə, özüdə paytaxtdan cəmi 15 dəqiqəlik məsafədə yerləşən Xırdalan şəhərindəki poliklinikanın hansı səbəblərdən bu cür bərbad vəziyyətdə olması ilə bağlı TƏBİB-ə müraciət ünvanladıq. 
TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova KONKRET.az-a açıqlamasında bildirib ki, sözügedən tibb müəssisəsi Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Uşaq Poliklinikasıdır: "Bu müəssisə 1990-cı ildə istifadəyə verilib. Poliklinikanın bir hissəsi 2012-2013-cü illərdə təmir edilib. Poliklinika 2021-ci ildən ailə sağlamlıq mərkəzlərinin yaradılması ilə Xırdalan Ailə Sağlamlıq Mərkəzinə birləşdirilib. Müəssisədə texniki otaq çatışmazlığına görə müvəqqəti olaraq burada bir müddət endokrinoloqlar, ftiziatr və psixiatr fəaliyyətini davam etdirib. Hazırda qeyd olunan çatışmazlıq aradan qaldırılıb. Sözügedən binanın istifadəsi isə dayandırılıb".
Ümid edirik ki, insanların sağlamlığının keşiyində duran həkimlərimizin normal şəraitdə fəaliyyət göstərmələri üçün yaradılan yüksək şərait fonunda, görülən işlərə kölgə salan bu cür tibb müəssisələrinin işinə icazə verilməyəcək. Belə poliklinikaların əsaslı təmir olunması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən lazımı addımlar bundan sonra da atılacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az 

Sağlamlıq       Tarix: 28 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 cebheden xeberler kriminal enson xeberler