TƏBİB-dən Xoşqədəm Hidayətqızının müraciətinə cavab

TƏBİB-dən Xoşqədəm Hidayətqızının müraciətinə cavabAparıcı Xoşqədəm Hidayətqızının ağır vəziyyətdə olan xəstənin yalnız TƏBİB-in icazə verdiyi özəl klinikalarda anju oluna bilməsi ilə bağlı tənqidi paylaşımından sonra qurum açıqlama yayıb.
azxeber.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bunlar qeyd olunub:
"Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna əsasən təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa dərhal tibbi xidmət göstərilir. Səhhətində narahatlıq hiss edən şəxsin tibb müəssisəsinə yaxınlaşdıqda şəxsiyyət vəsiqəsini qeydiyyatçıya təqdim etməsi kifayətdir ki, ona tibbi xidmət göstərilsin.
"İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası"na əsasən təcili tibbi yardım zamanı özəl tibb müəssisəsində göndəriş vərəqəsi tələb olunmur. Bu zaman vətəndaş özəl tibb müəssisəsində göndəriş vərəqəsi olmadan icbari tibbi sığortaya daxil olan tibbi xidmətlərdən Xidmətlər Zərfi çərçivəsində yararlana bilər. 
Pasiyent özəl tibb müəssisəsinə təcili tibbi yardımın göstərilməsi ilə bağlı göndəriş olmadan müraciət etdikdə özəl tibb müəssisəsi "e-Tabib" elektron informasiya sistemində göndərişlər modulu üzərində elektron sorğu göndərir. Hər ayın sonu ekspertiza nəticəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi xidmətin "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə daxil olduğunu, dövlət tibb müəssisəsində göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini qiymətləndirərək, tibbi xidmətin göstərilməsi barədə qərar verir və özəl tibb müəssisəsinə elektron bildiriş göndərməklə məlumatlandırır.
Tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə və təcililiyi təsdiqləndiyi halda göstərilən xidmətin dəyəri özəl tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir.
Məlumat üçün bildirək ki, vətəndaşlara icbari tibbi sığorta hesabına tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları və mərkəzlərində göstərilir. Tibbi xidmətin sözügedən tibb müəssisələrində göstərilməsi mümkün olmadıqda vətəndaş Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində xidmətdən istifadə etmək üçün göndəriş vərəqəsi ilə təmin olunur".

Sosial       Tarix: 15 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə 11 saylı binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler qurban bayrami 2026 son.xabar cəbhədən görüntülər bu gunun xeberleri