TƏBİB peyvəndlə bağlı poliklinikalara göstəriş verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan və uşaqlara tibbi xidmət göstərən 48 tibb müəssisəsində vaksinlərin düzgün qaydada saxlanılması üçün yeni avadanlıqlar alınaraq "soyuq zəncir" sistemi tam qurulub.
Bu barədə KONKRET.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bu avadanlıqlarla işləmək üçün mütəxəssislər də xüsusi təlimlərə cəlb olunub.
Bakı üzrə uşaqlara tibbi xidmət göstərən bütün tibb müəssisələrində peyvəndlərin və digər peyvənd materiallarının tələblərə uyğun qorunub saxlanılması tam təmin olunub.
Peyvəndlərin saxlanıldığı yerlərdə havalandırma sistemi, temperatura nəzarət üçün termometr mövcuddur və peyvəndlərin vurulması xüsusi ixtisaslı tibb bacıları tərəfindən icra olunur.
Bundan əlavə yoluxucu xəstəliklərə qarşı tibbi xidmətin yaxşılaşdırılması məqsədilə sözügedən müəssisələrdə komissiyalar yaradılıb. Bu komissiyalar peyvəndə əks-göstəriş hallarının təhlilini aparır, peyvəndlərin aylıq planlanmasına və həyata keçirilməsinə nəzarət edir.
Qeyd edək ki, peyvəndlər uşaqları infeksion xəstəliklərdən qoruyan yeganə vasitədir. Onlar xüsusi texnologiya ilə hazırlanır və xəstəliklərə qarşı orqanizmdə immunitet yaradır.
Azərbaycana gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına cavab verir.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var