TƏBİB rəsmisindən koronavirusa yoluxma hallarında artımla bağlı XƏBƏRDARLIQ

TƏBİB rəsmisindən koronavirusa yoluxma hallarında artımla bağlı XƏBƏRDARLIQYaxın zamanlarda ölkədə mərhələli şəkildə karantin qaydalarında edilən yumşaldılmalar heç də COVID-19 təhlükəsinin sovuşması deyil.
Azərbaycanda yoluxma sayında azalma müşahidə edilsə də, bir çox xarici ölkələrdə vəziyyət ürəkaçan deyil. Belə ki artan yoluxma sayı həmin ölkələrin yenidən sərt karantin qaydalarına qayıdacağına zəmin yaradır. İnsanları bir sual düşündürür:
Xarici ölkələrdəki bu vəziyyət Azərbaycana necə təsir edəcək? Hazırda mövcud olan azalma tendensiyası artımla müşahidə edilə bilərmi?
İnfeksionistlər bildirirlər ki, hələ pandemiya sona çatmayıb. Buna görə ölkədə müəyyən yumşaldılma siyasəti həyata keçirilsə də, insanları izolyasiya qaydalarına əməl etməyə çağırırlar.
Azxeber.com xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-ə müsahibə verən TƏBİB rəsmisi, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov xarici ölkələrdə yoluxma hallarının Azərbaycana da təsir edə biləcəyini vurğulayıb. Buna görə də T.Eyvazov insanlara vaxtında peyvənd olunmağı tövsiyə edir:
"Hazırda bəzi ölkələrdə yoluxma hallarındakı artım bir tərəfdən orada yaşayan insanların karantin - qoruyucu tədbirlərə etinasız yanaşması, digər tərəfdən isə həmin ölkələrdə vaksinasiyanın digərləri ilə müqayisədə daha az əhali kütləsini əhatə etməsidir.
Hazırda virusun yeni xüsusiyyətlərə malik, daha çevik yayılma qabiliyyəti olan mutant variantları meydana gələrək dünyanı fəth etməkdədir.
Bu yeni ştamların insanların əvvəllər xəstələnərək təbii, peyvənd olunaraq süni şəkildə əldə etdiyi immunitetdən müəyyən qədər yayınma qabiliyyətinin də olduğu, infeksiyadan qoruyuculuğun daha yüksək səviyyəli anticisimlərlə təmin edilə bilməsi haqqında fikirlər formalaşmaqdadır.
Eyni zamanda infeksiyanın payız-qış mövsümündə təbii artımı istisna deyil. Bütün bu faktorları nəzərə alsaq, Azərbaycanda da yaxın gələcəkdə yoluxma hallarında artımın ola biləcəyi istisna edilmir.
Buna görə arxayınlaşmayaraq bütün qaydalara düzgün əməl etmək və vaksinasiya prosesində fəal iştirak etməklə belə vəziyyətlərdən özümüzü müəyyən qədər sığortalaya bilərik".
Qeyd edək ki, hazırda Gürcüstan, Rusiya, Ukrayna, İtaliya, Portuqaliya kimi ölkələrdə yoluxma təhlükəli həddədir. Qonşu Gürcüstanda vaksinasiya olunanların sayı olduqca azdır.
Turistlərə görə sərhədlərin açılması əhalinin vəziyyətini daha da ağırlaşdırıb və yoluxma hallarında artım müşahidə edilir.
Ukrayna isə virusdan ölüm hallarının sayına görə Avropada birinci ölkədir.

Sosial       Tarix: 29 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər xəbər bugünki xəbərlər en son xeber