TƏCİLİ! Döyüşlər BAŞLADI - Çox sayda ölən və yaralanan var
Pakistanla sərhəddə yerləşən altı Əfqanıstan vilayətində döyüşlər başlayıb — "Taliban" Şah-Kot bölgəsində həyata keçirilən hava zərbələrinə cavab olaraq sərhəd nəzarət-buraxılış məntəqələrini ələ keçirir.
KONKRET.az xəbər verir ki, Əfqanıstan ordusu sərhəd boyu genişmiqyaslı əməliyyata başlayıb. Yerli mənbələr Nəngərhar, Nuristan, Kunar, Xost, Pəktiya və Pəktika şəhərlərində atışmaların baş verdiyini bildirir. Ən şiddətli toqquşmalar Kabul tərəfindən rəsmi şəkildə tanınmayan Durand xətti ətrafında qeydə alınıb. "Taliban" minimum 17 Pakistan nəzarət-buraxılış məntəqəsinin ələ keçirildiyini iddia edir. Hər iki tərəf canlı qüvvə itkisi verib, mülki şəxslər arasında isə beş nəfərin yaralandığı bildirilir.
Pakistan hakimiyyəti fevralın 22-də endirilən hava zərbələrinin terrorçu qruplaşmalara qarşı yönəldiyini açıqlayıb. Lakin "Taliban" bunu qəsdən törədilmiş təxribat kimi qiymətləndirir.
Xatırladaq ki, tərəflər arasında son ciddi qarşıdurma 2025-ci ilin payızında baş vermişdi. Həmin vaxt Kabul və İslamabad Dohada keçirilən danışıqlar zamanı atəşkəs barədə razılığa gəlmişdilər.
Gərginlik ABŞ və İran diplomatları arasında keçirilən növbəti görüş fonunda daha da artır. Bildirilir ki, bu, həlledici raund hesab olunur. Vaşinqton Tehrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edir, İran isə bu tələbi rədd edir. ABŞ-ın hazırda İrana doğru hərbi texnika cəmləşdirməyə davam etdiyi qeyd olunur.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub