TƏCİLİ! İran HƏRƏKƏTƏ KEÇDİ: "ABŞ küçələrini qana bulayacağıq"
İran ilə ABŞ arasındakı gərginlik diplomatik çərçivələri aşaraq birbaşa təhdid dilinə keçib. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Abbas Moqtadai Vaşinqtona qarşı görünməmiş sərtlikdə bəyanatla çıxış edərək, hərbi müdaxilə ehtimalına qarşı asimmetrik cavab veriləcəyini bildirib.
"Əgər ABŞ yenidən İrana hücum edərsə, İran onlara ABŞ küçələrində cavab verəcək", — deyə iranlı deputat vurğulayıb.
KONKRET.azxəbər verir ki, eyni zamanda, nüfuzlu "Axios" portalı ABŞ Prezidenti Donald Trampın məsələyə münasibəti barədə maraqlı detallar yayımlayıb. Məlumata görə, Tramp İranla hərbi münaqişəni davam etdirmək tərəfdarı deyil və prosesin tezliklə yekunlaşmasını istəyir. Lakin o, Tehranın Hörmüz boğazı üzərindəki nəzarətindən Yaxın Şərqdə təzyiq rıçağı kimi istifadə etməsindən ciddi narahatdır.
Mənbələr bildirir ki, Tramp artıq müharibə etmək istəmir, lakin məcbur qalacağı təqdirdə döyüş əməliyyatlarını bərpa etməyə hazırdır. Bununla belə, Ağ Ev rəhbərinin "uyğun sövdələşmə" naminə İranın dondurulmuş vəsaitlərini sərbəst buraxmağa meyilli olduğu da qeyd edilir. Hazırda tərəflər arasında gərginlik və diplomatik bazarlıq eyni vaxtda davam edir.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK