TƏCİLİ: Qazaxın 4 kəndi Azərbaycana bu tarixdə qaytarıla bilər

TƏCİLİ: Qazaxın 4 kəndi Azərbaycana bu tarixdə qaytarıla bilərErmənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması regionda sülh prosesinin gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda Qazax rayonuna aid 4 kəndin geri qaytarılması məsələsi diqqət mərkəzindədir.
Bəs bu addım yaxın vaxtlarda reallaşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, Paşinyanın seçkilərdə yenidən qalib gəlməsi Ermənistan–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması üçün siyasi zəmin yaradır.
Onun sözlərinə görə, bu şəraitdə Qazax rayonuna aid 4 kəndin Azərbaycana qaytarılması perspektivi əvvəlki dövrlərlə müqayisədə daha real görünür:
TƏCİLİ: Qazaxın 4 kəndi Azərbaycana bu tarixdə qaytarıla bilər"Paşinyanın Qərbin dəstəyi ilə hakimiyyətdə qalması Ermənistanı sülh sazişinə daha da yaxınlaşdırır. Bu isə sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətlənməsinə təkan verə bilər. Qazaxın həmin kəndləri sovet dövründə inzibati baxımdan Azərbaycana aid olub və onların qaytarılması hüquqi əsaslara söykənir".
Politoloq hesab edir ki, kəndlərin qaytarılması Paşinyan hakimiyyəti üçün həm də siyasi mesaj xarakteri daşıya bilər:
"Bu addım Ermənistan rəhbərliyinin Qərbə loyal siyasət yürütmək niyyətinin göstəricisi və regionda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş jest kimi qiymətləndiriləcək".
Əgər Moskva bu prosesdən kənarda qalarsa, Ermənistanın Qərbə inteqrasiyası daha da sürətlənəcək. Rusiya isə belə bir ssenariyə qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə etməyə çalışa bilər.
Kəndlərin qaytarılması Azərbaycan üçün yalnız ərazi bütövlüyü məsələsi deyil.
Bu, həm tarixi ədalətin bərpası, həm də sülh sazişinin konkret nəticəsi kimi qiymətləndiriləcək. Eyni zamanda Azərbaycanın sülh təşəbbüslərinin effektivliyini nümayiş etdirəcək".
Politoloq əlavə edib ki, belə bir qərar Cənubi Qafqazda etimad mühitinin formalaşmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və iqtisadi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərə bilər.
Aydın Tağıyevin qənaətinə görə, Qazax rayonuna aid 4 kəndin yaxın vaxtlarda Azərbaycana qaytarılması real perspektiv olaraq qalır. Lakin bunun reallaşması Paşinyan hakimiyyətinin siyasi iradəsindən, Ermənistan daxilindəki revanşist qüvvələrin müqavimət səviyyəsindən və regional güclərin prosesə münasibətindən asılı olacaq.
"Paşinyan daxili siyasi sabitliyi qoruya bilsə, bu addım həm Ermənistanın Qərblə inteqrasiyasını gücləndirəcək, həm də Azərbaycanla münasibətlərdə praktik sülh mərhələsinin başlanğıcına çevrilə bilər", – deyə politoloq yekunlaşdırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 09 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler ən son xeberler cəbhədən video oxu.az xeberler