Təhlükəsiz, sürətli və rahat: Bakı hava limanında innovativ TDAS həlli tətbiq edilib - FOTO

Təhlükəsiz, sürətli və rahat: Bakı hava limanında innovativ TDAS həlli tətbiq edilib - FOTOTəhlükəsiz, sürətli və rahat: Bakı hava limanında innovativ TDAS həlli tətbiq edilib - FOTO
Heydər Əliyev Beynəlxalq Aeroportunda Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (Travel Document Authorization System) həlli istifadəyə verilib ki, bu da uçuş öncəsi rəsmiləşdirmə prosesini sadələşdirəcək və sürətləndirəcək, təhlükəsizliyi gücləndirərək hava limanında növbələri azaldacaq.
"TAV Technologies" tərəfindən hazırlanan yeni sistem sərnişinlərə minik talonlarını özləri skan etməklə uçuş öncəsi təhlükəsizlik baxışına daxil olmağa imkan verir. Bundan əlavə, bu həll rahatlıq və səmərəliliyi təmin edərək rəsmiləşdirmə zonasının ötürmə qabiliyyətini artırmağa şərait yaradır.
TDAS sərnişinlərin seçimlərindən və aviaşirkətlərin siyasətindən asılı olmayaraq istər kağız, istərsə də elektron minik talonlarını dəstəkləyir.
"Biz sərnişinlərimizin maksimal komfort və təhlükəsizliyini təmin etməyə çalışırıq. Həmçinin, yeni tətbiq olunan sistem ekoloji davamlılığı yaxşılaşdırmağa dəstək olaraq onlara kağız minik talonlarından istifadə etmək zərurətindən azad olmağa imkan verəcək. Bundan əlavə, TDAS həlli insan amili ilə bağlı səhvlərin baş vermə ehtimalını da aradan qaldıracaq", - deyə Bakı hava limanının direktoru Teymur Həsənov vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi, müasir, rahat infrastrukturun yaradılması məqsədilə yeni texnologiya və innovasiyaların tətbiqini davam etdirir.
Təhlükəsiz, sürətli və rahat: Bakı hava limanında innovativ TDAS həlli tətbiq edilib - FOTOTəhlükəsiz, sürətli və rahat: Bakı hava limanında innovativ TDAS həlli tətbiq edilib - FOTO/ oxu.az

Turizm       Tarix: 29 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər zelzele son.xeberler sosial yardim