"Tehran bu addımı atsa, 40 min soydaşımız fars-molla rejiminin altını-üstünə çevirəcək" - SƏRT REAKSİYA

İranın Hatəm əl-Ənbiyadakı Mərkəzi Qərargahının komandiri , general-mayor Qulam-Əli Rəşidinin İsraillə əməkdaşlıq edən hər bir ölkəni təhdid etməsi fars-molla rejiminin əsl mahiyyətini bir daha ortaya qoyub. Düşmənimizlə kordinasiya və əməkdaşlıq edən bütün mərkəz və bazaları hədəfə alacağıq deyən iranlı generalın sözlərini ciddi qəbul edənlərin sayı az olsa da, cinayətkar Tehran rejimindən hər cür riyakarlıq gözləyənlər kifayət qədərdir. Bəs görəsən İranın bu hədələri nə dərəcədə real ola bilər? İsraillə əməkdaşlıq edən ölkələrə Tehranın təcavüz etməsi mümkündürmü? 
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, İran rəsmilərinin bu cür riyakar və həyasız bəyanatları heç bir məntiqə sığmır: "Onlar öz işləri ilə deyil konkret olaraq terrorçuluq və iqtisadi cinayətlərlə məşğuldurlar. Bu cür təhdidlər artıq bizi təəccübləndirmir və buna alışmışıq. Digər tərəfdən İranın İsraillə əməkdaşlıq edən ölkələrə qarşı guya savaş elan etməsi həqiqətə uyğun deyil və riyakarlıqdır. Təbii ki, burada əsas hədəf Azərbaycandır. Əgər İran doğurdan da İsraillə əlaqə saxlayan, orada səfirlik açan və nümayəndəliyi olan ölkələri hədəf seçibsə, o zaman niyə Ermənistana indiyə qədər bu barədə irad bildirməyib. Əksinə Tehran İrəvanı daha çox dəstəkləyib və mehriban münasibətlər qurub. Digər tərəfdən dünyada 200-ə yaxın dövlət mövcuddur və onların mütləq əksəriyyəti İsraillə əməkdaşlıq edir və münasibətlər qurur. Bu baxımdan İran rəsmisinin fikirləri blefdən başqa bir şey deyil. Rəsmi Tehran İsraillə əlaqə quran dövlətlərə qarşı heç vaxt savaş aça bilməz".
Politoloq əlavə edib ki, İranın təhdidləri hay-küy salmaqdan başqa bir şey deyil və rəsmi Tehran Azərbaycanın güclənməsindən qorxuya düşüb: "Hesab edirəm ki, İran terrorist və cinayətkar rejimin idarə etdiyi bir dövlət olaraq istənilən avantüraya getmək haqda düşünə bilər. Amma bunları gerçəkləşdirmək imkanları kifayət qədər məhduddur. Çünki Tehran Arazdan şimala yan baxmağa cəhd etsə, o zaman başına gələcəklərə görə özü məsuliyyət daşıyacaq. Ən azından bizim 40 minə yaxın soydaşımız fars-molla rejiminin altını-üstünə çevirər, Azərbaycanın güclü ordusu İranın fitnəkarlığına layiqli cavab verər. Digər tərəfdən Türkiyə kimi müttəfiqimiz rejimin cinayətkar əməllərini cavabsız qoymaz. İran bunu yaxşı anlayır. Bu cür riyakar və cinayətkar şəxslər İranda nə qədər ki, hakimiyyətdədir, Tehranın təhdidləri olacaq. Amma fars-molla rejimi heç bir təhdidin cavabsız qalmayacağını anlamalıdır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 01 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler şou biznes xəbərləri xeberler azerbaycan bu gune olan xeberler