Tehran nöqtəni qoydu - Plan ABŞ-ın masasında
İran müharibənin tam şəkildə dayandırılması məqsədilə hazırladığı rəsmi sülh planını vasitəçi tərəf olan Pakistana təqdim edib. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehrandakı xarici səfirlərlə görüşündə artıq növbəti addımın Vaşinqtondan asılı olduğunu bəyan edib.
KONKRET.azxəbər verir ki, diplomat bu sənədi "təzyiqlə başladılmış müharibənin" yekunlaşması üçün mühüm addım adlandıraraq, Amerikanın ya diplomatiya yolunu seçməli, ya da qarşıdurmanı davam etdirməli olduğunu vurğulayıb.
Tehranın bu gedişi strateji baxımdan diqqətlə planlaşdırılıb. Qəribabadi səfirlərlə geniş görüşdən əvvəl Rusiya və Çin səfirləri ilə üçtərəfli məsləhətləşmələr apararaq planın detallarını koordinasiya edib. İran tərəfi sülh təklifi irəli sürsə də, Vaşinqtonun niyyətlərinə ciddi şübhə və etibarsızlıqla yanaşdığını gizlətmir.
Nazir müavini açıq şəkildə bildirib ki, İslam Respublikası həm diplomatik həllə, həm də mümkün hücumların dəf edilməsi daxil olmaqla bütün hərbi ssenarilərə tam hazırdır. Bu bəyanat İranın milli maraqlar çərçivəsində danışıqlara sadiq olduğunu, lakin istənilən "macəra"ya qətiyyətlə cavab verəcəyini göstərir.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK