Tehranın yumşalmaqdan başqa yolu qalmayacaq - İranın "Zəngəzir inadı"nın qırılma anı

Tehranın yumşalmaqdan başqa yolu qalmayacaq - İranın "Son günlər Zəngəzur dəhlizi mövzusu İranla Rusiya arasında diplomatik gərginliyə səbəb olub. İranın narahatlıqlarını isə iki qrupa bölmək olar: açıq şəkildə ifadə olunanlar və dilə gətirilməyənlər. İkinci qrup İranın Zəngəzur dəhlizinə kəskin etirazının əsas səbəblərini əks etdirir, birinciyə isə bəhanə kimi baxmaq olar".
KONKRET.az xəbər verir ki, bu barədə "United World" nəşrinin dərc etdiyi məqalədə qeyd olunub.
Yazıda bildirilib ki, İran rəsmiləri heç vaxt tranzit marşrutun Ermənistanla sərhədi necə kəsəcəyinə dair ətraflı hüquqi izahat verməyiblər:
"İranın ən yüksək siyasi dairələrindən tutmuş mətbuata qədər qaldırdığı əsas məsələ sərhədləri boyunca baş verə biləcək geosiyasi dəyişikliklərdir. İran iddia edir ki, Zəngəzur dəhlizinin yaradılması Ermənistanla sərhəd əlaqəsini kəsəcək və bu, İranın maraqlarına ziddir. Bundan savayı, İranın Ermənistan vasitəsilə sanksiyalardan yan keçmək fürsətlərini necə dəyərləndirəcəyi ilə bağlı narahatlıqlar var".
Məqalədə qeyd olunub ki, bəzi iranlı analtiklər Azərbaycan və Türkiyəni NATO-nun maraqlarına uyğun hərəkət etməkdə ittiham edir və Zəngəzur dəhlizini "NATO dəhlizi" adlandırırlar:
Tehranın yumşalmaqdan başqa yolu qalmayacaq - İranın "Son illər bəlli olub ki, Azərbaycandan çox Ermənistan qərbyönümlü siyasət yürüdür, regional güclərə qarşı Qərbin maraqları ilə uzlaşmaq məqsədi güdür. Görünür, İranın dəhlizə qarşı etirazı şimalda türk varlığının güclənməsi nəticəsində yarana biləcək potensial daxili təhlükələrlə bağlı şişirdilmiş narahatlıqlardan irəli gəlir. İranı narahat edən digər məqam isə Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında hazırda öz ərazisindən keçən tranzit yollarına nisbi nəzarəti itirmək ehtimalıdır. Buna görə də İran Zəngəzur dəhlizinə alternativ olaraq "Araz dəhlizi"ni təşviq etməyə çalışır. Lakin bu narahatlıqlara baxmayaraq Zəngəzur dəhlizi reallaşmasa da, Azərbaycan Naxçıvan və Türkiyə ilə Ermənistan ərazisi vasitəsilə əlaqə saxlayacaq. Bundan əlavə, yarı blokada vəziyyətində olan Ermənistan 600 kilometr sərhədi olan Azərbaycan və Türkiyə ilə nəqliyyat marşrutlarını yenidən açmağa çalışır və bu, İranın mövqeyindən asılı olmayaraq baş verəcək. Üstəlik, bəzi iranlı analitiklərin Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin əhəmiyyətli təhlükə yaratdığına dair arqumenti də doğruluqdan uzaqdır. Türkiyənin 1000 kilometrlik Qars-Axalkalaki (Gürcüstan)-Bakı-Xəzər dənizi-Türkmənistan-Qazaxıstan dəmir yolu ilə illərdir Orta Asiya ilə geniş nəqliyyat şəbəkəsi var".
Bəs İranın yaxın müttəfiqi sayılan Rusiya ilə arasında niyə gərginlik yaşanır?
Məqalədə vurğulanıb ki, bu vəziyyətin niyə yarandığını təhlil edərkən İran mediasında iki əsas perspektiv üstünlük təşkil edir:
"1. Rusiya İrana təzyiq edir:
Əsasən islahatçı düşərgədən olan bəzi analitiklər iddia edirlər ki, Moskva Tehranla Qərb arasında münasibətlərin yaxşılaşmasından narahatdır. Onlar hesab edirlər ki, Rusiya İranın diplomatik aparatına təzyiq göstərmək üçün Zəngəzur dəhlizi kimi müxtəlif məsələlərdən istifadə edir. Bu qrup iddia edir ki, Bayden administrasiyası dövründə nüvə danışıqlarının bərpasına əsas maneə Rusiya olub və Buşehr nüvə stansiyasının tamamlanmasında gecikmələr İranın nüvə sənayesini faktiki olaraq şikəst edib. Bu perspektivə görə, Rusiyanın yanaşması Tehranın Qərbə yaxınlaşmasının qarşısını alaraq, İran diplomatiyası üçün siyasi böhran yaratmağa hesablanıb. Bundan əlavə, bu analitiklər Rusiyanın Zəngəzur dəhlizinə dəstəyinin İranın milli maraqlarına və iki xalq arasında dostluq prinsiplərinə zidd olduğunu iddia edirlər.
2. İslahatçı strategiya:
Əsasən mühafizəkarlar düşərgəsindən olan digər bir qrup analitik hesab edir ki, Rusiya rəsmilərinin son bəyanatları heç bir yeni və ya təəccüblü siyasəti əks etdirmir. Onlar iddia edirlər ki, Rusiya 2020-ci il Dağlıq Qarabağ atəşkəs sazişindən sonra sovet dövründən qalan bütün tranzit marşrutlarının yenidən açılmasını ardıcıl olaraq vurğulayır. Zəngəzur dəhlizinin yenidən açılması 2020-ci il noyabrın 9-da atəşkəslə Bakı və İrəvanın razılaşdığı belə tranzit marşrutlarından biridir. Bu qrupun fikrincə, dəhlizin nəzarəti və təfərrüatları ilə bağlı hələ həll edilməli olan hüquqi və tənzimləyici problemlər olsa da, Moskvanın mövqeyi yeni və ya gözlənilməz deyil. Onlar iddia edirlər ki, islahatçı qrupların yaratdığı media gərginliyi ilk növbədə Qərbə mesaj vermək məqsədi daşıyır.
Tehranın yumşalmaqdan başqa yolu qalmayacaq - İranın İslahatçılar, iddia edirlər ki, əgər Qərb İranın yeni hökumətinə əhəmiyyətli güzəştlər təklif etsə və ona əhəmiyyətli daxili uğur qazandırsa, İranın Rusiya ilə münasibətlərinə yenidən baxmağa imkan yarana bilər".
Nəşr məqalədə bildirib ki, İranla Rusiya arasında münasibətlərin dərinliyini nəzərə alsaq, Tehranla Moskva arasında son vaxtlar yaranmış siyasi gərginliyin tezliklə həll olunacağını gözləmək olar:
"Lakin bu, məsələnin bitdiyindən xəbər vermir. Əvvəlki illərdə olduğu kimi bu məsələdə Bakı və Ankara ilə İran arasında yenidən gərginlik yarana bilər. Maraqlıdır ki, hətta İrəvan da qeyd oluna məsələdə İranla həmrəy deyil. Reallıqda İran Zəngəzur dəhlizinin yaradılmasına qarşı çıxmaqla özünün təcrid olunmasının qarşısını almağa çalışsa da, ən mühüm şimal qonşularından bəziləri ilə fikir ayrılıqları yaradaraq özünü getdikcə təcrid olunmuş vəziyyətdə tapır.
Görünən odur ki, yaxın aylarda Rusiya və Türkiyə İranın narahatlığını aradan qaldırmaq üçün həll yolları hazırlayacaq, bu da Tehranın mövqeyini yumşaltmağa gətirib çıxara bilər. Eyni zamanda, İranın qonşu ölkələrin iradəsinə uyğunlaşmaqdan başqa seçimi qalmayacaq.
Bu məsələdə İran üçün ən böyük problem daxili məsələlərin xarici strategiyaya mənfi təsiridir. İran rəsmiləri daxili ictimai rəyin əhəmiyyətli təzyiqi altındadır və nəticədə onlar daha az xərc tələb edən həll yolu axtarmağa məcbur ola bilərlər".
Aygün,
KONKRET.az

Siyasi       Tarix: 10 sentyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeberler bugünki xəbərlər bu gune olan xeberler