Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi
Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarı ilə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq, dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilir, həmçinin şagirdlərə "Dərs vaxtı" teledərsləri izləmək tövsiyə olunur.
Təhsil Nazirliyindən verilən məlumata görə, bununla belə Nazirliyə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin əyani formada tədrisə cəlb olunması ilə bağlı müraciətlər daxil olur:
"Bildiririk ki, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adıçəkilən Qərarına ziddir. Göstərilənləri nəzərə alaraq, tərəfinizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarına əməl edilməsi tələb olunur. Əks təqdirdə, Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsi nəticəsində müvafiq tədbirlər görüləcək". /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR