Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev

Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil BabayevElm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir.
azxeber.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, təhsil xərcləri ÜDM-in təqribən 3,6 faizini, elm xərcləri isə 0,2 faizini təşkil edir. O, bu iki istiqamətə ayrılan vəsaitlərə birlikdə baxılmasını məqsədəuyğun hesab etdiklərini deyib.
"İmkan olduqca, hər hansı bir sahədə qənaətlərimiz formalaşdıqca növbəti dövrlərdə də ardıcıl olaraq təhsil xərclərinin artırılmasına çalışacağıq. Çünki təhsil və elm xərcləri Azərbaycanın vətəndaşlarının, şagirdlərinin, tələbələrinin və elmi potensialının gələcək inkişafına yönəlmiş xərclərdir", – nazir bildirib.
Sahil Babayev qeyd edib ki, 2026-cı ildə təhsilə 2025-ci illə müqayisədə 479 milyon manat daha çox vəsait xərclənəcək. Bu, 10 faizdən çox artım deməkdir.
Nazir mədəniyyət, informasiya və gənclər siyasəti bölməsi üzrə ümumilikdə 643 milyon manat nəzərdə tutulduğunu da açıqlayıb. Onun sözlərinə görə, bu məbləğ 2025-ci ilin icra göstəricisindən 116 milyon manat və ya 22 faiz çoxdur.
Siyasi partiyalara ayrılan vəsaitə toxunan Sahil Babayev bu məbləğin bir neçə ildir dəyişmədiyini bildirib. O qeyd edib ki, vəsaitin istifadə istiqamətləri üzrə təkliflər təqdim olunarsa və onların büdcə prinsiplərinə uyğun icrası mümkün olarsa, məsələyə baxıla bilər.
Nazir deputatların qazlaşdırma ilə bağlı fikirlərinə də münasibət bildirib. Qeyd edib ki, təqdim olunan büdcənin ümumi və bölüşdürülmüş parametrlərində qaz çəkilişi nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, hökumət məqsədəuyğun hesab edərsə, qazlaşdırma işləri dövlət investisiya proqramına daxil edilə bilər.

İqtisadiyyat       Tarix: 05 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. -a istinadla xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb

Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib. Daxili Işlə

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən "Bank of Baku" növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəl

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəs

Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. xəbər verir ki, bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərin

"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır

Novo Azərbaycan piylənmə üzrə ixtisaslaşmış klinikaların yaradılmasıvə fəaliyyətinin təşkili məqsədilə Citomed Cliniс, Inci Clinic,Esthederm,  Istanbul NS, Kepro esthetic,Medical city, Renessans, Sapfir Esthetics,  Zahr


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az cəbhədən xəbər valyuta mezennesi banklar en son xeberler