Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Novo Azərbaycan piylənmə üzrə ixtisaslaşmış klinikaların yaradılmasıvə fəaliyyətinin təşkili məqsədilə Citomed Cliniс, Inci Clinic,Esthederm, Istanbul NS, Kepro esthetic,Medical city, Renessans, Sapfir Esthetics, Zahra Clinic, и Zefer Clinic ilə strateji əməkdaşlığa başlayır.
azxeber.com xəbər verir ki, təşəbbüs artıq çəki və piylənməilə yaşayan insanların ehtiyaclarına uyğun, müxtəlif ixtisaslı mütəxəssislərinbirgə iştirakına əsaslanan tibbi xidmət modelinin qurulmasına yönəlib.
Əməkdaşlıq qeyri-kommersiyaxarakteri daşıyır və piylənmə ilə bağlı maarifləndirmənin gücləndirilməsinə, eləcədə bu xəstəliyin idarə olunmasına kompleks tibbi yanaşmanın təşviqinə yönəlib.Əməkdaşlıq çərçivəsində tərəfdaş klinikalarda piylənmə, onun sağlamlığa təsirlərivə uzunmüddətli idarə olunması barədə məlumatlılığın artırılması məqsədiləpasiyentlər üçün maarifləndirici tədbirlərin və məlumatlandırma günlərinin təşkilinəzərdə tutulur.
Piylənmə müalicə və uzunmüddətli nəzarət tələb edən xroniki xəstəlikdir.Əməkdaşlıq çərçivəsində endokrinoloqların, kardioloqların, terapevtlərin,dietoloqların və nutrisioloqların iştirakı ilə pasiyentlər üçün fərdi müalicəplanlarının hazırlanması nəzərdə tutulur. Məqsədsağlamlıq vəziyyətini kompleks qiymətləndirmək, pasiyentə müalicə boyuncaardıcıl tibbi dəstək göstərmək və pasiyentlərin maariflənməsini təmin etməkdir.
Yeni yanaşmaya "3–6–9 aylıq" müalicə paketləri də daxildir. Bupaketlər çərçivəsində həkimin klinik qiymətləndirməsi əsasında piylənməninmüalicəsi üçün təsdiqlənmiş dərman vasitələrinin fərdi müalicə planına daxiledilməsi nəzərdə tutulur. Müalicə seçimi hər pasiyentin sağlamlıq vəziyyətinə vətibbi ehtiyaclarına uyğun müəyyənləşdiriləcək.
Novo Azərbaycan həkimlər və klinika əməkdaşları üçün tibbi mövzularvə müvafiq preparatlar üzrə təlimlər keçirəcək. Təlimlər piylənmənin idarəolunması üzrə biliklərin artırılmasına və klinikalarda tibbi xidmətin keyfiyyətininyüksəldilməsinə xidmət edəcək.
Əməkdaşlıq sözü gedən klinikalarda pasiyentlər üçün maarifləndirməgünlərinin təşkilini və klinikalarda bədən analizatoru cihazlarından istifadənidə əhatə edir. Bədən kütlə indeksi 25 kq/m²-dən yüksək olan yetkin şəxslərin əlavətibbi qiymətləndirmə üçün ixtisaslaşmış həkimlərə yönləndirilməsiplanlaşdırılır. Bu yönləndirmə fərdi müalicə ehtiyacının həkim tərəfindən qiymətləndirilməsinəimkan yaradacaq.
Təşəbbüs Novo Nordiskin 2026-cı ildə Azərbaycanda piylənmə sahəsindəhəyata keçirdiyi fəaliyyətləri davam etdirir. Şirkət may ayında ReferansMedical Group ilə ixtisaslaşmış piylənmə mərkəzlərinin yaradılmasına yönələn əməkdaşlığıelan edib. İyun ayında isə Bakıda "Live Lighter – Az Çəki, Çox Həyat"kampaniyasını təqdim edib.
Yeni tərəfdaşlıqlarla Novo Azərbaycan və klinikalar piylənmənin idarəolunmasında peşəkar tibbi dəstək imkanlarını genişləndirməyi və pasiyentlərinuzunmüddətli sağlamlığına töhfə verməyi hədəfləyir.
Novo haqqında
Novo 1923-cü ildə təsis edilmiş və başofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir.
Şirkət təxminən 68 800 əməkdaşı ilə 80ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdimedir.
Azərbaycanda da 30 ilə yaxındır fəaliyyət göstərən şirkətin əsas diqqəti diabet, artıq çəki və piylənməilə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyəmütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirməninartırılmasına yönəlib və Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfəverməyi hədəfləyir.

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU