Telefonlarla bağlı aylıq abunə haqqı artırıldı

Telefonlarla bağlı aylıq abunə haqqı artırıldıTarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.
azxeber.com xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti internet, xüsusi radiorabitə, "AzStateNet" fiber optik şəbəkəsindən istifadə və digər xidmətlər üzrə tariflərə baxılması ilə bağlı Şuraya müraciət edib. Müraciətdə dövlət qurumlarının etibarlı rabitə ilə təmin edilməsi üçün yeni xidmətlərin yaranmasına və onlara çəkilən xərclər nəzərə alınmaqla tarif tənzimlənməsinə zərurət yarandığı bildirilir. Məlumat üçün qeyd edək ki, xidmətlə bağlı son tarif tənzimləməsi 24.11.2011-ci il tarixində həyata keçirilib.
Tarif (qiymət) Şurasının iclasında təklif olunan tariflərin qəbul olunması məqsədəuyğun hesab edilib. Qeyd edək ki, bu xidmətlər yalnız dövlət orqanlarına göstərildiyi üçün bu tariflər əhaliyə və sahibkarlıq subyektlərinə şamil edilmir.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi ilə bağlı Şuraya müraciət edib.
Müraciətdə qeyd edilir ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə azalır. Xidmətlərlə bağlı 02.12.2013-cü il tarixində həyata keçirilmiş son tarif tənzimlənməsindən sonra trafik daha da azalıb ki, bu da müəssisələrin maliyyə fəaliyyətinə təsir edib. Bu baxımdan, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, əməkhaqlarının artırılması və xərclərin qarşılanması məqsədilə tariflərə yenidən baxılmasına zərurət yaranıb.
Müzakirələrdən sonra sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifinin qəbul edilməsi qərara alınıb.
Qeyd olunan hər iki Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 avqust tarixli Fərmanına əsasən, radiotezliklərdən istifadə üzrə tariflərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyənləşdirildiyi nəzərə alınaraq, Tarif (qiymət) Şurasının "Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri" barədə 2004-cü il 23 iyul tarixli qərarı ləğv olunub.
Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti də təsdiq edilib. Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 493 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (https://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.

Sosial       Tarix: 26 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az maliyye xeberler bugun az xeber bugünkü son xəbərlər