Təqaüdə çıxmadan pensiya kapitalından istifadə buna görə mümkün deyil - SƏBƏB BİLİNDİ
"İndiki məqamda pensiya yaşına çatmadan pensiya kapitalından istifadə mümkün deyil. Bu, heç əvvəllər də real olan bir məsələ deyildi. İndiki şəraitdə isə ümumiyyətlə sözügedən məsələyə baxılmır".
Bu fikirləri "KONKRET.az"a açıqlamasında tanınmış iqtisadçı, hüquqşünas Əkrəm Həsənov səsləndirib.
"Xatırladım ki, Dövlət Sosial Müdafiə Fondu hər il dövlət büdcəsindən əlavə vəsait alır. Yəni bizim ödədiyimiz məcburi sosial sığorta haqları pensiyaları vermək üçün kifayət etmir. Odur ki, kimsə pensiyasını vaxtından əvvəl gəlib istəsə, bunu ödəmək üçün vəsait olmayacaq. Kimsə vəfat edəndə onun pensiya kapitalı batır. Əgər pensiya kapitalını pensiya yaşına çatmadan öncə vətəndaşa ödəmək istəsək, bunun üçün əlavə vəsaitə ehtiyac olacaq. Bu da mümkün deyil, çünki o qədər vəsait yoxdur".
Ekspertin sözlərinə görə, bəzi vətəndaşlar bunu ədalətsizlik kimi qələmə verirlər:
"Aydındır ki, vətəndaş ömür boyu işləyib və pensiya kapitalı formalaşdırıb. Amma bundan istifadə edə bilmir. Amma kiminsə ömrü çox uzun olsa və yığdığı pensiya kapitalı bitsə, o zaman dövlət yenə də həmin şəxslərə təqaüd verir. Məsələnin bu tərəfinə də baxmaq lazımdır. Heç kəs həmin şəxslərə "pensiya kapitalın bitib" demir. Təbii, yaxşı olardı ki, vətəndaş vaxtından əvvəl öz pensiya kapitalından istifadə edə bilsin. Ancaq pul yoxdur. Deməli, bu, mümkün olmayacaq və sözügedən məsələ söz-söhbət olaraq qalacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi