Tevanyan: "Mübarizə aparmalıyıq ki, Yerevan İrəvana çevrilməsin"
"Ana Ermənistan" hərəkatından İrəvan merliyinə namizəd Andranik Tevanyan deputat mandatından istefası ilə bağlı Ermənistan Milli Assambleyasına bəyanat təqdim edib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barə o, avqustun 10-da jurnalistlərə müsahibəsində deyib.
"Elə bir siyasi tələb olmayıb ki, mən Ağsaqqallar Şurasına seçkilərdə mandatımdan imtina edim. Amma bu addımımla xalqımıza müraciət edirəm və deyirəm ki, Ağsaqqallar Şurasına seçkilər mənim üçün önəmli deyil. Biz bu seçkilərə hakimiyyət dəyişikliyini həyata keçirmək üçün bir fürsət kimi baxırıq", – deyə Tevanyan bildirib.
Onun sözlərinə görə, "Ermənistan" blokunun parlament fraksiyasındakı həmkarları bu qərardan xəbərdar olublar və buna normal reaksiya veriblər.
"Seçkilər başqa şəraitdə keçirilsəydi, mən iştirak etməzdim. Biz digər qüvvələrdən fərqlənirik və açıq şəkildə qeyd edirik ki, məqsədimiz hakimiyyət dəyişikliyidir. İrəvanla bağlı proqramlarımız var, amma bunun üçün ilk növbədə mübarizə aparmalıyıq ki, Yerevan İrəvana çevrilməsin. Mən Nikol Paşinyanı debatlara dəvət edə bilərəm. Ona başa sala bilərəm ki, o, yalançıdır, anti-dövlət siyasəti aparır və hökumətdə heç bir işi yoxdur", – deyə Tevanyan yekunlaşdırıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi