Teylor Fətişoğlu həbs edildi
Sabiq Prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) həbs edilib.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ona Xətai Rayon Məhkəməsində barəsində açılmış cinayət işi üzrə hökm oxunub. Məhkəmə T.Fətişoğlunu 3 il 6 ay müddətinə həbs cəzasına məhkum edib və məhkəmə zalındaca həbs edilib. Əvvəllər də məhkumluq həyatı yaşamış jurnalist bu dəfə cəzasını ciddi rejimli müəssisədə çəkməli olacaq.
Bildirilib ki, T.Fətişoğlu Ağcabədi RPŞ-də istintaq olunan cinayət işi üzrə həbs edilmiş vətəndaş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərovu aldadaraq pullarını ələ keçirib. O, həmin şəxsə özünü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksəkvəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirib. Bunun qarşılığında B.Ələsgərovdan 25 000 manat pul alıb.
Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra T.Fətişoğlunun əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəinsdə istintaq aparılıb. Araşdırmalardan sonra Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 32.4,312.1 (rüşvət verməyə təhrik etmə) və 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başladılıb.
Qeyd edək ki, T.Fətişoğlu keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən MTN agenti kimi də tanınıb. Onun barəsində 6 il əvvəl də cinayət işi başlanıb. O, həmin vaxt Ağdamın icra başçısının adından dələduzluq etməkdə təqsirli bilinib. Azadlığa çıxdıqdan sonra T.Fətişoğlu "İdeologiya.az" saytına və "Son Xəbər" yutub kanalına rəhbərlik edib.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var