Teymur Rəcəbov Aronyanla heç-heçə etdi
Blits şahmat üzrə onlayn "Airthings Masters" turniri davam edir.
Publika.az xəbər verir ki, yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov turnirin ikinci oyun günündə daha 4 qarşılaşma keçirib.
Ardıcıl olaraq Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ), Yan Nepomnyaşi (Rusiya) və Levon Aronyan (Ermənistan) ilə qarşılaşan Rəcəbov bütün görüşlərini heç-heçə ilə başa vurub.
Rəcəbov bununla da xal hesabını 4,5-ə çatdırıb. O, yarışın iki günündən sonra 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə "səkkizlik"də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür