Teymur Rəcəbov: Böyük fiziki və emosional gərginlik yaşadım

Teymur Rəcəbov: Böyük fiziki və emosional gərginlik yaşadımAzərbaycan şahmatçısı, hazırda dünyada ən güclü 10 şahmatçıdan biri olan Teymur Rəcəbov Şahmat Federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir.
- İlk olaraq «Airthings Masters» onlayn turnirində qələbə barədə danışaq. Yəqin final görüşü daha çətin alındı?
- Əlbəttə. Adətən turnirdə ən yaxşı formaya malik, inamlı mübarizə göstərən və ən yaxşı nəticə əldə edən iştirakçılar finala vəsiqə qazanır.
- Bu turnirdə siz bir qədər emosional göründünüz. Adətən Teymur Rəcəbovu belə izləməzdik...
Yaşımız artır (gülür). Əslində çox böyük fiziki və emosional gərginlik yaşadım. Ümumilikdə 9 gün ərzində 35 partiya oynadım. Fərqli reqlament olmasına baxmayaraq bəzən klassik oyun oynamaqdan qat-qat çox güc istifadə olunur. Gün ərzində tay-brekləri nəzərə almadan dörd partiya oynanılırdı. Və belə çətin yarışın finalında qələbə qazandıqdan sonra neçə gündür hiss etdiyin bütün bu gərginlik səni tərk edir. Sevinc göz yaşlarını gizlətmək çətin olur. Əvvəllər duyğularımı idarə edirdim. Ancaq burada alınmadı ...
- Və qələbədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sizi təbrik edir...
- Sənin çıxışını Vətənində birinci şəxslər qiymətləndirirsə bu inanılmaz dərəcədə xoşdur və şərəflidir. Bu, artıq ikinci təbrikdir ( ilk dəfə 2019-cu ildə Dünya Kubokunda qələbə qazandıqdan sonra). Bu anda yüksək mənəvi yüksəliş və ölkəm üçün faydalı olmaq arzusu yaşadım.
- Qarşıda hansı yarışlarda iştirak edəcəksiniz?
- Fevral, mart və mayda dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun növbəti mərhələlərində iştirak edəcəyim gözlənilir. Sonra ilin sonuna qədər yarışlar var. Avropa və dünyada epidemioloji vəziyyətdən asılı olaraq bəzi turnirlərin təxirə salınması və ya ləğvi istisna olunmur.
- Pandemiyaya görə Yekaterinburqda keçirilən İddiaçılar Turnirində iştirakdan imtina etdiniz. Yarış ilk dövrədən sonra dayandırıldı. İddiaçılar Turnirində iştirakçıların sırasına bərpa olunacağınız gözlənilirmi?
- Məsələ burasındadır ki, İddiaçılar Turnirində iştirakdan imtina etməmişəm. Yalnız FIDE-yə bu turniri təxirə salma xahişi ilə məktub göndərdim, çünki pandemiya zamanı iştirakçıların məhdudiyyətlərə görə tam gücləriylə oynaya bilməyəcəklərini düşünürdüm. Turdan əvvəl testin verilməsi, hərarətin ölçülməsi, oteldən çıxmağa qadağanın qoyulması təsirsiz ötüşmür. Şahmatçılardan biri xəstələnsə, nə ediləcəyi bəlli deyildi və s. İddiaçılar Turniri artmaqda olan pandemiya vaxtı 22 gün müddətində keçirilməli idi. Maska geyinməklə demək olar xəstəxana şəraitində şahmat oynamağın psixoloji baxımdan çətin olacağını düşünürdüm. Yeri gəlmişkən, bu turnir martın 15-də başlandı və sona çatdırılmadı. Ümid edirəm ki, FIDE məni dünya çempionu adı uğrunda mübarizədə mühüm yarış hesab edilən İddiaçılar Turnirindən kənarda qoymamaq üçün məqbul bir həll tapacaq.

İdman       Tarix: 03 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Sabah" "Qarabağ"ı qəbul edir: heyətləri açıqlandı

Misli Premyer Liqasının 9-cu turunda bu gün keçiriləcək "Sabah" – "Qarabağ" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 18:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:. "Sabah"

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi