Teymur Rəcəbov Prezidentə və birinci xanıma təşəkkür etdi
"Hörmətli Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva, Sizin təbrikiniz mənə böyük şərəf verdi. "Airthings Masters" turnirində qazanılan qələbəni Azərbaycan şahmatının, ümumilikdə ölkə idmanının uğuru hesab edirəm".
Publika.az xəbər verir ki, bunu qrossmeyster Teymur Rəcəbov "Champions Chess Tour" çərçivəsində keçirilən rapid üzrə onlayn "Airthings Masters" turnirində qazandığı qələbə münasibətilə səmimi təbriklərinə görə dövlətimizin başçısına və Birinci xanıma minnətdarlıq edərkən deyib.
Şahmatçıların Azərbaycan dövlətinin diqqətini daim hiss etdiklərini vurğulayan qrossmeyster bildirib ki, yaradılan şərait çıxış etdiyimiz bütün yarışlarda qələbə uğrunda mübarizə aparmağa kömək edir: "Peşəkar şahmatçı kimi, hər yarışda Vətənimin idman nüfuzunu layiqincə qorumağa çalışıram. Çox gərgin oyunlar keçirdim və sevinirəm ki, sonda qələbə Azərbaycanın adına yazıldı. Cənab Prezident, ölkəmiz tarixində ən böyük qələbəni 2020-ci ildə Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu qazanıb. İşğal altındakı torpaqlarımız otuz ildən sonra Sizin - Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə ordumuz tərəfindən düşmən tapdağından azad etdi. Bu tarixi Qələbə Sizin qətiyyətiniz, müdrik rəhbərliyiniz və milli birliyimiz sayəsində əldə olundu. Cənab Prezident, Sizə və qalib Azərbaycan Ordusuna xalqımıza və mənə yaşatdığınız Zəfər sevincinə görə dərindən minnətdarlıq və təşəkkür bildirmək istəyirəm. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, bu Qələbə biz şahmatçılara gələcək yarışlarda güc və ruh yüksəkliyi verəcək".
Azərbaycanın dünyada intellektual və idman, o cümlədən aparıcı şahmat ölkəsi kimi tanındığını vurğulayan qrossmeyster qeyd edib: "Sizin şahmata və şahmatçılara göstərdiyiniz diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda parlaq qələbələr qazanır, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alır. Sizi və Azərbaycan xalqını sevindirdiyim üçün çox xoşbəxtəm".

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür