Təyyarədə bomba həyəcanı: Sərnişinlər təxliyyə edildi
Astana hava limanında "Air Astana" şirkətinə məxsus təyyarənin Almatıya uçması bomba xəbərdarlığına görə 6,5 saat gecikib.
KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə "Air Astana" aviaşirkəti məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 16-da baş verib.
"Astana-Almatı KC996 reysi ilə uçan təyyarə uçuş öncəsi növbə gözləyərkən ekonom sinif sərnişinlərindən biri ekipaj üzvlərinə üzərində bomba olduğunu deyib. Sərnişinlər və ekipaj təxliyə edilib, təyyarəyə baxış keçirilib. Uçuş 6 saat 29 dəqiqə gecikib", – məlumatda deyilir.
Qeyd olunub ki, bomba ilə bağlı məlumat təsdiqini tapmayıb. Sərnişin hüquq-mühafizə orqanlarına təhvil verilib və barəsində cinayət işi başlanıb.
İqbal Rzayev,
KONKRET.az

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu