Təyyarədə sərnişinlərin ən çox verdiyi suallar maraqla qarşılandı - FOTO
Təyyarədə sərnişinlərin ən çox verdiyi suallar maraqla qarşılandı - FOTO
Təyyarədə sərnişinlərin ən çox verdiyi suallar qələmlə bağlı olur.
Bu barədə "Air New Zealand" heyət üzvü Loqan Bakli danışıb.
Onun sözlərinə görə, səyahətçilər çox vaxt özləri ilə qələm götürməyi unudurlar və bunu stüardessalardan xahiş edirlər.
"Bəzən biz sizə qələm verə bilərik, lakin təbii ki, çox vaxt qələmlər çatışmır, ona görə də növbəti dəfə uçuşda nə götürəcəyiniz siyahısını tərtib edərkən, ora qələm əlavə edin", - deyə ekipaj üzvü tövsiyə edib.
Bundan əlavə, Bakli sərnişinlərin daim ayaqlarını hara uzada biləcəkləri ilə maraqlandıqlarını qeyd edib:
"Gəzməyə ehtiyacınız varsa, salonda gəzməkdən və stüardessaların oturduğu mətbəxə getməkdən çəkinməyin, biz həmişə sizinlə söhbət etməkdən məmnunuq", - deyə stüard aydınlıq gətirib.
"Air New Zealand" əməkdaşı onu da qeyd edib ki, ekonom sinif səyahətçiləri tez-tez niyə biznes sinfin ayaqyolundan istifadə edə bilmədiklərini soruşurlar.
"Biz istəyirik ki, bütün müştərilərimiz təyyarədə fantastik təəssürat alsınlar. Həmçinin biznes sinif sərnişinlərinin yanında həddindən artıq hərəkətlilikdən qaçmağa çalışırıq. Bu səbəbdən insanlardan bilet ödənişinə uyğun salonda qalmalarını xahiş edirik", - deyə o əlavə edib.
Heyət üzvünün xüsusən qələmlə bağlı dedikləri sosial şəbəkələrdə maraqla qarşılanıb, biznes və ekonom sinif seçimləri isə böyük müzakirələrə səbəb olub.



Mənbə: Lenta.ru / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu