Tez-tez kartof yeməyə dəyərmi?
Özünü təcrid etmək pəhrizinizi yeniləmək və ya yeni yeməklər bişirməyə başlamaq üçün əla bir səbəbdir .
Yolda bir şey "atışdırmağa" və ofisə qaçmağa ehtiyac yoxdur. Ancaq daim evdə olanda qəbul etdiyimiz qidanın miqdarına nəzarət etmirik.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ən çox müzakirə olunan qidalardan biri də kartofdur. Sağlam həyat tərzi və pəhriz pərəstişkarları kartofa qarşı davamlı "düşmənçilik" mövqetindədirlər, lakin əbəs yerə.
Kartofun hansı faydalarının olduğu və əlavə kilo almamaq üçün necə yeyiləcəyi barədə sizə növbəti yazımızı təqdim edirik:
Kartof əla vitamin mənbəyidir. B2, B3, B6, B9 və C vitaminləri ilə zəngindir, immuniteti gücləndirmək məsələsində xüsusilə vacibdir. Bundan əlavə, kartofun tərkibində çox miqdarda orqanizmin hüceyrələrini qoruyan, sərbəst radikalların zədələnməsinin qarşısını alan və yaşlanma prosesini ləngidən antioksidanlar vardır.
Kartof yumrularının tərkibində "davamlı" nişasta var, bu da lif kimi qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir ki, bu da 2-ci diabetin qarşısını alır.
Kartofun digər vacib bir üstünlüyü yüksək kalium tərkibli olmasıdır. Orqanizmdə bu mineralın çatışmazlığı bir çox xoşagəlməz nəticələrə səbəb olur, çünki kalium əzələlərin düzgün işləməsi üçün vacibdir, hüceyrə mübadiləsi, sinir və ürək-damar sistemlərinin normal işləməsi üçün zəruridir.
Kaliumdan əlavə kartofda kalsium, maqnezium, sink, dəmir və manqan var. Kaliumdan daha az miqdarda, lakin digər məhsullarla birlikdə bu elementləri çatışmazlıq riskindən xilas edə bilər.
Qidalanma dəyərinə gəldikdə, diyet azarkeşlərinin hamısı menudan kartofu boş yerə çıxarır. Bişmiş və ya qaynadılmış kartofun (ya da başqa bir şəkildə yağ əlavə edilmədən bişirilən, məsələn duxovkaya qoyulan) kalori miqdarı 100 qr -da 75 kkal təşkil edir. Məhsul dietikdir, əmin ola bilərsiniz.
Əksər hissəsinin karbohidrat olduğuna baxmayaraq çox sağlıqlıdır və uzun müddət doyma hissi verə bilir. Ancaq hər zamankı kimi normanı bilmək vacibdir. Kartofun (və prinsipcə hər hansı bir qidanın) gündəlik kalori qəbulunuza uyğun olduğundan əmin olun, sonra çəkinin artması sizi narahat etməsin.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ