The Weeknd Ginnesin Rekordlar Kitabına düşüb
The Weeknd Ginnesin Rekordlar Kitabına düşüb
Kanadalı müğənni Abel Tesfaye (The Weeknd) planetin ən məşhur musiqiçisi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
33 yaşlı sənətçi iki ciddi rekorda imza ataraq bu ada layiq görülüb. O, "Spotify"da aylıq 100 milyon dinləyici rekordunu qıran ilk sənətçi olub. Müğənni, həmçinin platformada aylıq 111,4 milyon dinləyici toplayıb.
Kanadalı böyük fərqlə liderlik edir. Belə ki, ikinci yerdə olan Mayli Sayrusun aylıq dinləyicisi demək olar ki, 30 milyon azdır - 82,4 milyon. Onları Şakira (81,6 milyon), Ariana Qrande (80,6 milyon), Teylor Svift (80,2 milyon), Rihanna (78,5 milyon) və Ed Şiran (77,5 milyon) izləyir.
Sənətçinin 2020-ci ildə yayımlanan "Blinding Lights" treki 3,4 milyarddan çox yayımla "Spotify"da ən çox yayımlanan trek olaraq qalır.
O, 2016-cı ildə də "Spotify"da ən çox dinlənilən alboma ("Beauty Behind the Madness"), eləcə də kişi solo ifaçılar üçün "Billboard Hot 100"ün ilk 10-luğunda ən uzun müddət qaldığına görə də Ginnesin Rekordlar Kitabına düşüb. / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi