Tibbi maskaların qiymətinin artımı ilə bağlı RƏSMİ AÇIQLAMA
Tibbi maskaların qiymətinin artımı ilə bağlı RƏSMİ AÇIQLAMA
Məlum olduğu kimi, son zamanlar koronavirusla bağlı dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.
"Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək", - deyə mətbuat xidməti vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə tibbi maskaların qiymətinin qalxması ilə bağlı məlumat yayılıb. Oxu.Az-ın əməkdaşı şəhərdə fəaliyyət göstərən apteklərə baş çəkib. Yayılan xəbərlər öz təsdiqini tapıb.
İlhamə Əbülfət /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb