Tiflis sabah QARIŞA BİLƏR

Tiflis sabah QARIŞA BİLƏRÖzünü  hələ də prezident sayan Zurabaşvili və müxalifət yeni seçkilərin keçirilməsini tələb edəcəklər
KONKRET.azmusavat.com-a istinadən xəbər verir ki, martın 31-də Tiflis küçələri yenidən qarışa bilər. Buna səbəb  Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin yeni seçkilər keçirilməsi tələbi ilə aksiya keçirmək təəbbüsüdür. O, parlament seçkilərindən və yeni prezident Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, özünü hələ də "qanuni prezident" hesab edir.
Aksiya üçün tarixin seçilməsi də təsadüfi deyil.   1991-ci ilin 31 martında  Gürcüstan sakinlərinin 98%-nin SSRİ-ni tərk etməyə səs verdiyi referendumun ildönümü qeyd olunacaq. "İndi ölkəni Putinin marionetləri idarə etdiyinə görə Gürcüstanın müstəqilliyinin taleyi 34 il əvvəl olduğu kimi xalqın iradəsindən asılıdır", – deyə müxalifətin bəyanatında bildirilir.
Tiflis sabah QARIŞA BİLƏRÖtən il oktyabrın 26-da "Gürcü arzusu"nun səslərin təxminən 54%-ni aldığı səsvermənin rəsmi nəticələrini müxalifət "gürcü xalqının həqiqi iradəsini əks etdirmədiyi" hesab edir.
 Uzun müddətdir ki, mərkəzi Rustaveli prospektində, parlament binasının yaxınlığında, müxalifətin  "səssiz aksiyası" davam edir. Onlar hər axşam prospektin yolunu bağlayır və orada səssizcə dayanaraq əsas tələbləri olan plakatlar asırlar. Axşamlar Rustaveli prospektindəki mitinqə müxtəlif peşə və sosial qrupların nümayəndələri də qoşulur.
Tiflis sabah QARIŞA BİLƏR Keçmiş nazir, hazırda müxalifətdə olan Paata Zakareişvili "Kommersant"a deyib ki,  minlərlə insanın mitinqinin keçiriləcəyi 31 martı gözləyir. Onun sözlərinə görə, nə iqtidarın, nə də müxalifətin "hələ həlledici zərbə potensialı yoxdur" və "hər iki tərəf rəqibin yorulmasını gözləyir". 
Bu arada, Mixail Saakaşvilinin partiyası həmkarlarını keçmiş prezidentin azadlığa buraxılması üçün kifayət qədər fəallıq göstərmədiklərinə görə qınayıb.  Partiya funksioneri Petr Tsiskarişvilinin sözlərinə görə, "Saakaşvili müxalifətdə ən güclü fiqur olaraq qalır". Xatırladaq ki,  Mixail Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 6 il həbs cəzası çəkib. Martın 12-də isə o, 2004-2013-cü illərdə prezident olarkən dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinərək əlavə olaraq doqquz il azadlıqdan məhrum edilib. Digər müxalifət liderləri – Mamuka Xazaradze, Nika Qvaramiya, Giorgi Qaxariya, həqiqətən də, ölkənin üçüncü prezidentinin azadlığa buraxılması məsələsini irəli sürmürlər və hətta onu siyasi məhbus adlandırmırlar. Onlar öz mövqelərini Mixail Saakaşvilinin seçiciləri arasında qeyri-populyar olması ilə izah edirlər.
Gürcüstan hakimiyyəti  bundan əvvəlki icazəsiz aksiyalarda  iştirak edən yüzlərlə dövlət qulluqçusunu "idarənin yenidən təşkili" bəhanəsi ilə işdən çıxarılıb. Onlarla tələbə universitetlərdən xaric edilib. Dekabrda baş verən qarşıdurmalar zamanı  zorakılıq və dövlət əmlakına ziyan vurmaq ittihamı ilə 50-dən çox adam həbs edilib və onlar da məhkəmə hökmünü gözləyirlər.
Eyni zamanda, hakim partiya qanunvericiliyi də sərtləşdirir, xüsusən də "Xarici agentlərin qeydiyyatı haqqında" yeni qanunu birinci oxunuşda artıq qəbul edib, "dövlətə xəyanət" maddəsini Cinayət Məcəlləsinə qaytarıb.
Tiflis sabah QARIŞA BİLƏRGürcüstanın müxalifət partiyaları "Gürcü arzusu" və onun yaradıcısı Bidzina İvanişviliyə qarşı sərt sanksiyaların tətbiqi üçün Qərbdə fəal işləyirlər. Onların səyləri indi əsasən Londona yönəlib, çünki  İvanişvilinin  əmlaklarının əhəmiyyətli hissəsi Britaniyanın ofşor zonalarında yerləşir.
Bəzi müxalifət  liderləri  indiki etirazların  səviyyəsini yetərsiz hesab edirlər. Məsələn,  Liberllar  Partiyasının qurucusu Zurab Caparidze əmindir ki, vəziyyəti ancaq "dərin iqtisadi böhran" dəyişə bilər. Və siyasətçinin fikrincə, bu, o zaman baş verəcək ki, Qərb Gürcüstana bütün maliyyə yardımlarını dayandırsın, vətəndaşlar vergi ödəməyi dayandırsın, qaz və elektrik enerjisi haqqını ödəməkdən imtina etsin, Qara dənizin Poti və Batumi limanları isə tam tətil elan etsin.
Beləliklə, Türkiyədəki gərginlikdən sonra qonşu Gürcüstanda da vəziyyət gərginləşə bilər.

Siyasi       Tarix: 31 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbər bu gune olan xeberler son.xeber en son xeberleri