Tiflisdən Podolyaka sərt cavab: Buna haqqın yoxdur
Heç kimin, o cümlədən, Ukraynanın yüksək rütbəli məmurlarının Gürcüstana qarşı əsassız ittihamlar irəli sürməyə haqqı yoxdur.
KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstanın hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının deputatı Mixail Sardjveladze deyib.
O bildirib ki, Ukrayna rəsmiləri Gürcüstan haqqında danışarkən öz tonunu seçməlidirlər:
"Heç kəsin, o cümlədən müharibə aparan ölkənin yüksək rütbəli məmurunun belə bir tonda əsassız, tərəfin inkar etdiyi şəraitdə ittihamlar irəli sürməyə haqqı yoxdur. Əgər kimsə öz söhbətinin tonunu və məzmununu süzgəcdən keçirməlidirsə, bunu, ilk növbədə, məsələn, Podolyak etməlidir".
Deputat deyib ki, Ukrayna tərəfi miflər uydurur, sonra onlarla özü mübarizə aparır:
"Əsassız və məsuliyyətsiz ittihamlara qarşı sərt cavab alan zaman təəccüblənməyin və heç kimi tənqid etməyin. Çünki Gürcüstan hökumətinin bu cür bəyanatlara qarşı bütün cavabları layiq olduğundan qat-qat balanslı və daha yumşaq şəkildə olub".
Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak müsahibələrinin birində bildirib ki, gürcü rəsmiləri öz tonunu dəyişməli, əgər hansısa səbəbdən bunu edə bilmirlərsə, Ukrayna ilə bağlı ictimai bəyanatlar verməyi dayandırmalıdırlar.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?