"Times of Israel": Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdirib
"Times of Israel": Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdirib
"Times of Israel" onlayn qəzetində "Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdi" başlıqlı məqalə dərc edilib.
Məqalədə deyilir ki, 44 günlük Qarabağ müharibəsi 30 ilə yaxındır Cənubi Qafqazda hökm sürən hərbi və siyasi reallıqları dəyişdirib:
"Bu dönüş 2020-ci ilin payızında Azərbaycanın Qarabağ cəbhəsindəki son dərəcə qabaqcıl və planlaşdırılmış hərbi və siyasi addımları sayəsində əldə edilib".
Yazının müəllifi daha sonra Ermənistanın dalana dirənməsini qeyd edib:
"Ermənistan illərdir Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş yeddi rayondan çıxmaqdan imtina edirdi. Ermənistanın bu mövqeyi danışıqları dalana dirəmişdi.
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha sərt mövqe sərgilədi. Ermənistanın Baş naziri və kabinet üzvləri bir neçə təxribat xarakterli hərəkətə əl atdı.
Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deməklə, danışıqlar prosesinə faktiki olaraq xitam verdi.
Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan bu ölkənin hərbi doktrinasını "yeni ərazilər uğrunda yeni müharibə" olaraq xarakterizə etdi.
Yeni doktrinaya uyğun olaraq, Ermənistan qoşunları keçən ilin iyul ayında Azərbaycanın Tovuz bölgəsinə hücum edib, halbuki bu bölgə Qarabağdakı təmas xəttindən kənarda yerləşir və Azərbaycandan Qərbə gedən həyati əhəmiyyətli enerji və nəqliyyat layihələri buradan keçir". /oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına