Tofiq Zülfüqarov: "Əliyevin yürütdüyü siyasət Azərbaycanın milli maraqlarına əsaslanır"
"Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada çıxış edən politoloq Tofiq Zülfiqarov bildirib ki, Ermənistanla münasibətlərdə baş verən proseslərə yanaşarkən diqqətli olmaq vacibdir.
KONKRET.az-ın xəbərinə görə, politoloq qeyd edib ki, bəzi media orqanlarında Ermənistanın Baş naziri Nikol Paşinyan "sülh mələyi" kimi təqdim olunur və bu yanaşma reallığı əks etdirmir:
"Bu, həqiqətdən uzaq yanaşmadır. Elə bil ki, biz özümüz onlara əlavə dəstək verməyə çalışırıq. Bu, düzgün mövqe deyil. Ermənistanın davranışları və indiyədək atdığı addımlar göstərir ki, proseslərə emosional deyil, siyasi və strateji baxımdan yanaşmaq lazımdır".
Tofiq Zülfiqarov vurğulayıb ki, Azərbaycanın əlində Ermənistana təsir göstərə biləcək müxtəlif mexanizmlər mövcuddur və əsas məqsəd qarşı tərəfin sülhə davamlı şəkildə meyl göstərməsini təmin etməkdir:
"İndiyədək formalaşmış təsir mexanizmləri var. Bu alətlərdən istifadə edilməlidir ki, onların sülhə meyli davamlı və real olsun. Yalnız bəyanatlarla deyil, konkret addımlarla sülh mühiti formalaşa bilər".
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət regionda uzunmüddətli sabitliyin təmin olunmasına hesablanıb və bu strategiya Azərbaycanın milli maraqlarına əsaslanır.
Aynurə İsmayıl
KONKRET.az

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK