Tofiq Zülfüqarov: "Ermənilər real bəyanatla rastlaşanda təəccüblənirlər"

Tofiq Zülfüqarov: ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn müsahibəsi düşmən ölkədə əks-səda yaradıb. Müxtəlif siyasi dairələrdə müzakirə edilən məsələ Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası ilə bağlıdır. Səfirin – "ABŞ Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin təhlükəsizliyinə inanır və ümid edir" ifadəsindən sonra ermənilər siyasi depressiyaya düşüblər.
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov KONKRET.az-a açıqlama verib:
Tofiq Zülfüqarov: "Onlar deyirlər ki, beynəlxalq təminat olmalıdır. Beynəlxalq təminatı da ona görə arzulayırlar ki, istədikləri dəyişməz qalsın. Bu da bizə lazım deyil. Bunlar deyirlər ki, vasitəçilər elə eləsinlər ki, Qarabağ Ermənistanın balaca oxşarı kimi qalsın. Təbii ki, bu qəbul edilməzdir. Səfirin də bəyanatı məhz ona yönəlib. Əsas məsələ odur ki, o bölgə Azərbaycana məxsusdur. Və orada gedən proseslər Azərbaycan qanunlarına uyğun olmalıdır. Proseslərin gedişində isə qanun pozuntuları olmamalıdır.
Onlar elə hesab edir ki, konqresdə erməni lobbisinin maliyyə təsirinə düşən hər kəsin dilindən səslənən bəyənat, ABŞ-ın dövlət mövqeyi olmalıdır. Təbii ki, bu ola bilməz. Hətta tarixdə ermənipərəst adminstrasiya kimi tanınan Bayden hakimiyyəti belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Deməli, səfirin bəyanatında təzə bir şey yoxdur. Sadəcə olaraq erməni ictimaiyyəti reallıqdan uzaq mühitdə yaşayır. Real bəyanatla rastlaşanda elə təəccüblənirlər ki, guya, onlara təzə bir şey deyirlər. Dünyanın bütün ölkələri daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunlar hadisələrə hansı prizmadan yanaşırlar, özləri də başa düşmürlər.
Rusiyanın dəstəyi nəticəsində ermənilər işğal olunmuş əraziləri uzun müddət nəzarət altında saxlayıblar. Eyni zamanda inanıblar ki, onların istəyi, bacarığı, gücü nəticəsində nəyəsə nail olacaqlar. Amma belə deyil. Xaricdən dəstək olmasa onlar heç kimdir, indi də bu reallığı görmək istəmirlər. Amma görəcəklər. Azərbaycan hamıya gücünü göstərəcək. Necə ki, müharibə vaxtı əsgərimiz sübut etdi ki, erməni ordusunun gücü sadəcə şişirdilib.
Gündə özlərinə müxtəlif adlar verirdilər "pələnglər", nə bilim nələr. Bunların hamısı illüzuyadı, dağıldı, məhv olub getdi. Erməni ordusunda əsgərlərin təxminən 25-30% fərrarilik edib. Bu da reallıqdır. İndi ümid edirlər ki, kimsə gəlib bunları xilas edəcək. Xilas etmək deyəndə nəyi nəzərdə tuturlar? Erməni elitasının cəfəng, millətçi, populist, siyasi layihəsi – "miyatsum" çoxdan iflasa uğrayıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 05 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri xeber xeber.az bu gun xeberler az