Tokayev Azərbaycana yeni səfir TƏYİN ETDİ
Alim Bayel Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib.
KONKRET.azQazaxıstan mediasına istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Prezident Kasım-Jomart Tokayev imzalayıb.
Prezidentin digər sərəncamı ilə Abdıkarimov Serjan Oralbayeviç Qazaxıstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.
Qeyd edək ki, Alim Bayel 1984-cü ildə Taraz şəhərində anadan olub. Orta Doğu Texniki Universitetindən (Ankara, Türkiyə) Biznesin idarə edilməsi ixtisası üzrə məzun olub. Corc Vaşinqton Universitetini isə (Vaşinqton, ABŞ) dövlət idarəçiliyi ixtisası üzrə bitirib.
O, əmək fəaliyyətinə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının eksperti kimi başlayıb (2012-2014). 2020-ci il martın 1-dən Qazaxıstan Respublikasının İstanbuldakı baş konsulu vəzifəsində çalışıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir