Tokayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Novruz bayramı münasibətilə MDB ölkələrindən olan həmkarlarını və bir sıra hökumət və dövlət başçılarını təbrik edib.
Bu barədə Oxu.Az Qazaxıstan liderinin Mətbuat Xidmətinə istinadən xəbər verir
Təbrik edilənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Türkmənistan Xalq Məsləhətının sədri Qurbanqulu Berdiməhəmmədov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, İraq Prezidenti Əbdüllətif Rəşid və Pakistanın Baş naziri Şahbaz Şərif var.
Qazaxıstanın dövlət başçısı təbrik teleqramlarında təbiətin dirçəlişini simvolizə edən bu bahar bayramının xalqları çoxəsrlik dostluq, qardaşlıq və qarşılıqlı hörmət telləri ilə sıx bağladığını da vurğulayıb.
O, Novruzun mənəvi dəyərlərinin ümumi məqsəd və vəzifələrə nail olmaq naminə dövlətlərarası qarşılıqlı fəaliyyətin gələcəkdə artmasına töhfə verəcəyinə əminliyini ifadə edib. / azxeber.com

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Türkiyə Ermənistanla sərhədi açır?
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir