Tokio-2020: Daha 3 idmançımız mübarizəyə qoşulacaq

Tokio-2020: Daha 3 idmançımız mübarizəyə qoşulacaqTokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Publika.az xəbər verir ki, avqustun ilk günündə 25 dəst medal sahibini tapacaq.
Azərbaycan yığmasının üç idmançısı da mübarizə aparacaq. Bugünkü çıxış onlar üçün fərqli xarakter daşısa da, hər üç təmsilçimiz final arzusunda olacaq.
Atletika yığmamız Tokioda Anna Skidanla debüt edəcək. Çəkicatanımız yarışdakı startını təsnifat mərhələsində gerçəkləşdirəcək. O, final mərhələsinə yüksələnlər sırasına düşməyə çalışacaq.
Güllə atıcısı Ruslan Lunyov da təsnifat mərhələsində mübarizə aparacaq. O, Yaponiyadakı ikinci startında finalçılar sırasında olmaq üçün atəş açacaq.
Onlardan fərqli, artıq medalı təmin edən boksçumuz Alfonso Dominqes yarımfinal döyüşündə gücünü sınayacaq. O, Olimpiadalar tarixində finala çıxan ikinci boksçumuz olmaq üçün kubalı Arlen Lopesi yenməlidir. Boksçumuz qalib gəlsə ən azı ilk gümüşü təmin edəcək. O, uduzsa isə yığmamızın Tokioda ikinci bürüncü rəsmiləşəcək.
1 avqust
03:30. Güllə atıcılığı, kişilər. 25 m məsafədən pnevmatik tapança ilə atəş açma. Təsnifat mərhələsi. Ruslan Lunyov
04:10. Atletika, qadınlar. Çəkicatma, təsnifat mərhələsi. Anna Skidan
13:51. Boks, kişilər. 81 kq, yarımfinal. Alfonso Dominqes – Arlen Lopes (Kuba)

İdman       Tarix: 01 avqust 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan – Litva matçının məkanı dəyişdirildi - Gəncədə olmayacaq

Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də baş tutacaq UEFA Millətlər Liqası qarşılaşmasının məkanı dəyişdirilib. KONKRET.azAFFA-ya istinadən xəbər verir ki, əvvəlcə Gəncə şəhərində keçirilməsi planlaşdırıla

Zubir müqavilə bağladı, debüt də etdi

Səudiyyə Ərəbistanın "Əl-Oroba" klubu Abdulla Zubirlə müqavilə imzalayıb. xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Bildirilib ki, yarımmüdafiəçi 2026/2027 mövsümünün sonunadək bu komandanın formasın

Ronaldo və Messi eyni komandada oynayacaq

Argentina millisinin sabiq ulduzu Karlos Tevez Kriştianu Ronaldo və Lionel Messinin eyni komandada oynayacağını açıqlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Buenos Ayresdəki "La Bombonera" stadionund

Formula 1: yeni tribuna quraşdırıldı

Yubiley Formula 1 "Azərbaycan Qran Prisi" üçün yeni tribuna quraşdırılıb. xəbər verir ki, Formula 1 "Qatar Airways Azərbaycan Qran-Prisi" 2026-ya hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlər

"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Joao Feliks "Əl-İttihad"a 1:2 hesablı məğlubiyyətdən sonra gözlənilməz bəyanatla çıxış edib. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcə

ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. KONKRET.azreport-a istinadla xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançeste

"Sabah" ÇL-in tarixinə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında maraqlı göstəriciyə imza atıb. "Onefootball" nəşrinə istinadla xəbər verir ki, bu, paytaxt təmsilçisinin İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirdiyi Liq

Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski komandadan ayrılacaq. xəbər verir ki, o, bu gün Premyer Liqanın 4-cü turunda "Araz-Naxçıvan"la keçirilən görüşdə azarkeşlərlə sağollaşıb. Qolkiper karyerasını ölkəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeberler meherremlik 2026 xeber.az bu gun cəbhədən xəbər