"Toplum TV" üzərindən yarım milyon dollardan artıq vəsait qeyri-qanuni şəkildə Azərbaycana çatdırılıb

"Toplum TV"nin ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, bir sıra şəxslər saxlanılıb, hazırda iş üzrə istintaq tədbirləri aparılır.
APA-nın məlumatına görə, əldə olunmuş ilkin nəticələr onu deməyə əsas verir ki, "Toplum TV" üzərindən yarım milyon dollardan artıq vəsaitin Azərbaycana çatdırılması və müxtəlif layihələrin, tədbirlərin və fəaliyyətin qeyri-qanuni şəkildə maliyyələşdirilməsi həyata keçirilib.
Materialların öyrənilməsi zamanı müəyyən olunur ki, Qərbin ölkəmizdə reallaşdırdığı digər layihələrə nisbətən yeni layihə olan "Toplum TV" mərkəz olmaqla Azərbaycanda geniş şəbəkənin fəaliyyətinin təmin edilməsi, onların vasitəsilə sosial, ictimai, siyasi istiqamətlər üzrə cəmiyyətdə narazılığın artırılması, itaətsizlik mühitinin formalaşdırılması, gərginliyin yaradılması və inkişaf etdirilməsi strateji xətt kimi təyin olunub.
Prosesə bilavasitə nəzarət ABŞ-nin müəyyən qurumları və ayrı-ayrı institutları tərəfindən həyata keçirilib.
Qeyd olunmalıdır ki, əvvəlki dövrdə də ABŞ tərəfindən Azərbaycanda analoji fəaliyyətin təşkil edilməsi və idarə olunması, bu prosesin 1990-cı illərin sonlarından başlayaraq artan xətt üzrə inkişaf etdirilməsinə dair çoxsaylı faktlar var. Azərbaycanda ABŞ-nin Milli Demokratiya İnstitutunun (NED), USAİD-in və digər təşkilatların fəaliyyəti, NED-in Azərbaycan üzrə ofisinin rəhbəri olmuş Aleks Qriqorevsin təşkilatçılığı ilə 2011-2012-ci illərdə bu məqsədlərə iki milyon ABŞ dolları həcmində vəsait xərcləndiyi, həmin dövrdə gənclərin Bakıda Fəvvarələr meydanında itaətsizlik aksiyalarının keçirilməsi, hətta "molotov kokteylləri"ndən istifadə edilməsinin planlaşdırılması da müəyyən edilmiş faktlardır.
Qərbin Azərbaycanda yaratdığı şəbəkəyə yerlərdə rəhbərlik edən şəxslərin bu prosesdə fəal iştirakı, onların məsələnin mahiyyəti barədə xəbəri olmayan gəncləri öz dövlətinə qarşı fəaliyyətə cəlb etmələri mahiyyət etibarilə öz təsdiqini tapır. Buna görə də bu prosesə aldadılaraq cəlb olunmuş şəxslər sərbəst buraxılır. Ancaq onlar da cəlb olunduqları fəaliyyətin mahiyyətini dərk etməli və gələcəkdə bu tipli anti-milli fəaliyyətdən kənar durmalıdırlar. Hazırda həbsdə olan şəxslər də istintaq orqanları ilə əməkdaşlıq etməlidirlər.
Şəbəkəyə yerlərdə rəhbərlik edən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, "Toplum TV"nin rəhbəri Xədicə İsmayıl və digər şəxslər bu fəaliyyətin təşkili üçün Qərb fondlarından yüz minlərlə dollar həcmində vəsaitlər alıblar, məsələlərdən xəbərsiz olan gənclərə isə çox az məbləğdə vəsait verilib.
O da məlum olub ki, qeyri-qanunu maliyyə əməliyyatları Gürcüstan üzərindən həyata keçirilib. / azxeber.com

Sosial       Tarix: 09 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes cəbhədən şad xəbər idman xeberleri son xeber 2026