"Toplum TV" vasitəsilə Azərbaycanda çaxnaşma yaratmaq istəyənlərin puç olan planları - Qrant dəllalarının əməlləri ifşa olunur

Azərbaycan Respublikası son illərdə Prezident İlham Əliyevin apardığı  qətiyyətli, prinsipial siyasət sayəsində inkişaf etmiş güclü ölkəyə çevrilib.Təkcə son illəri götürsək,qısa bir zamanda ölkəmiz möhtəşəm nailiyyətlər, böyük zəfərlər qazanıb. Azərbaycan xalqının torpaqlarını erməni işğalından azad etməsi,bu yurd yerlərində genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, əhalinin məskunlaşmasının təmin edilməsi dövlətimizin ən böyük qələbəsidir. Əlbəttə ki, bu nailiyyətlərin qazanılmasının təməlində ölkədə təmin olunmuş sabitlik, milli birlik və həmrəylik dayanır.
Son bir neçə ayda  Azərbaycan beynəlxalq aləmdə də fəal iştirak edib. Ölkəmizin  bu inkişafını həzm edə bilməyənlər isə bəzi "sapı özümüzdən olan baltalar" ilə ölkəmizin daha da yaxşı gələcəyinə kölgə salmaq istəyirlər. Azərbaycan daxilində olub, xəyanətkarlıq nümayiş etdirən, Azərbaycanın düşmənləri də var.
Öncə qeyd edək ki, terror şəbəkəsi olan, qardaş ölkə Türkiyədə  qırğınlar törədən FETÖ Azərbaycanda da qalmaqal yaratmaq istəyir. Belə ki, ötən vaxtlarda Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib, neçə nəfər həbs edilib. Bunlardan biri də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri, həbsdə olan Qubad İbadoğludur. İbadoğlu ictimaiyyət arasında özünü faydalı və xalqın təəssübkeşi, ümummilli məsələlərin həllində ziyalı kimi təqdim etməyə çalışaraq "BİZ TV" vasitəsilə dövlətimizin əleyhinə açıq fəaliyyətlə məşğul olub. Bundan başqa, mətbuatda yayılan məlumatlara görə, Q. İbadoğlu Qərbdən, konkret olaraq ABŞ-dən böyük qrantlar alıb. Bu layihələr  qanun pozuntuları ilə icra olunuraq, vəsaitlər tam başqa istiqamətə yönəldilirdi. Q. İbadoğlunun Azərbaycanın, dövlətimizin milli maraqları əleyhinə ötürdüyü materiallar Azərbaycana qarşı çıxan təşkilat üçün həmişə yaxşı mənbə olub.
Burada yenə də Qərbin Azərbaycana qarşı qərəzli münasibətinin şahidi oluruq. Bu həqiqətdir ki, Qərb heç zaman hər hansı bir bölgədə inkişafa, demokratiyaya görə maliyyə ayırmayıb. Etdiyi yatırımlar ilə ölkələrdə ancaq xaos, parçalanma yaratmaq istəyib. Biz bunların son illər Yaxın Şərqdə, eləcə də digər ölkələrdə dəfələrlə şahidi olmuşuq. Qərbin məkrli toruna düşən, onlarına ölkəmizə olan mənfi niyətinə ortaq olan Qubad İbadoğlu da özünü rəzil-rüsvay edərək xəyanətkar işə qol qoyub. Sözsüz ki, əl atdığı iş heç vaxt müsbət nəticə verməyib. İşin digər tərəfi isə odur ki, Qərb hazırda Q. İbadoğlunu "siyasi məhbus" kimi təqdim  etmək istəyir. Burada isə məqsəd Azərbaycanı dünyaya "siyasi məhbuslar"ın çox olduğu ölkə kimi tanıtmaqdır. Bunu ancaq demokratiyanın nə olduğunu dərk edə bilməyən dövlətlər edə bilər
.
Azərbaycanı  ləkələmək, nüfuzunu aşağı salmaq istəyən Qərbin növbəti qərəzli mövqeyi də budur. Öz adını başqasına qoymaq istəyən  Qərb Azərbaycanda demokratiya olmadığını göstərmək istəyir, ama əldə sübut olmadığından Q.İbadoğludan istifadə etmək fikrinə düşüb.
Biz bunun dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan beynəlxalq aləmdə əhəmiyyətli addımlar atdıqda, dərhal Qərb ölkədə çaxnaşma yaratmaq istəyir,  müxtəlif uydurmalara əl atır. Qərb hələ də anlamır ki, ölkələrdə çaxnaşma yaratmaq cəhdi özlərinə böyü zərbə vurur, onlarla normal münasibətlər yaratmağa çalışan dövlətlərlə əlaqələrinə kölgə salır.
Bir sözlə günümüzün reallığı budur ki, Azərbaycanın böyük nüfuz qazandığı dönəmdə  Qərb və onlarla əlbir olan bədxahlarımız fəallaşaraq, demokratiya pərdəsi arxasında qarayaxma kampaniyalarına start verirlər. Onların Azərbaycanda müxalif qüvvələrə xərclədiyi pullar isə nəticə vermir, rüsvay olmaqda davam edirlər.Bu vəziyyət isə onları çox pərişan edir.
Sevindirici hal isə odur ki, Qərb ölkələrinin bizə olan münasibətlərinə baxmayaraq dövlətimiz istər siyasi baxımdan, istərsə də iqtisadi baxımdan sürətlə inkişaf etməkdə davam edir. Dövlətimizə qarşı nə qədər şər-böhtan tüğyan etsə də, Azərbaycan öz haqq yolundan dönməyəcək.
Nurlana Əhmədova
Missiya.Az / konkret.az

Siyasi       Tarix: 22 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Rusiya Moldovaya NOTA VERDİ

Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, səfirə Moldovanın Vyana Konvensiyasını kobud şəkildə pozması səbəbindən verbal nota təqdim edilib

Tramp İranı atəşkəsi pozmaqda ittiham edib

İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd dəfə dronla hücum edib. KONKRET.azxəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. Onun sözlərinə görə, dronlarda

TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moldova və Ermənistanın hazırkı xarici siyasət kursu ilə bağlı kəskin bəyanat yayıb. xəbər verir ki, Medvedev Qərb hərbi blokunun Rusiya sərhədlərinə yaxınlaşma

ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək

ABŞ administrasiyası Türkiyənin milli döyüş təyyarəsi "TAI Kaan" üçün "General Electric" şirkətinin istehsalı olan onlarla aviasiya mühərrikini tədarük etməyə hazırlaşır. xəbər verir ki, "Reuters"

Venesuelada şiddətli zəlzələ: Trampdan ilk açıqlama

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuelada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib

Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan səfiri Ağalar Atamoğlanovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. KONKRET.azölkənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumat

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Telefo

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı

Prezident İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Vladimir vilayətində yerləşən strateji əhəmiyyətli hərbi obyektə zərbə endirildiyini açıqlayıb. xəbər verir ki, hücumun hədəfi Qus-Xrustalnı rayonunda yerləşən "Vladimir"


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber.az 2026 dunya xeberleri iqtisadiyyat xeberleri bugun