Torpaq sürüşməsi baş verib - Ölənlərin sayı 23 nəfərə çatıb
Kolumbiyanın qərbindəki Bello bələdiyyəsində baş vermiş torpaq sürüşməsi nəticəsində azı 23 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə bələdiyyənin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
"Bu fövqəladə hadisə nəticəsində həlak olmuş 23 nəfərin ailələrinə həmrəyliyimizi bildiririk", — məlumatda qeyd olunub. Daha 13 nəfər itkin düşmüş hesab olunur.
Qeyd olunub ki, təbii fəlakətdən ümumilikdə 1 948 nəfər zərər çəkib. Dağıntılar altından 23 nəfər xilas edilib.
Torpaq sürüşməsi iyunun 24-də Bellodakı Qranisal yaşayış məntəqəsində baş verib. İlk gün 10 nəfərin öldüyü məlum olmuşdu. Torpaq sürüşməsinə səbəb regionda bir neçə gün davam etmiş güclü yağışlar olub.
Turlar.az [newsid: 0-123300]

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu