Tovuzda məktəbdə baş verən zəhərlənmə hadisəsinin TƏFƏRRÜATI
Tovuz rayonunun Aşağı Quşçu kəndinin 1 nömrəli tam orta məktəbində tüstülənmə nəticəsində baş verən zəhərlənmə ilə bağlı təfərrüat məlum olub.
Məktəbin şagirdi Rəbiyə Əhmədova Baku TV-yə açıqlamasında bildirib ki, dərsdə olarkən başqa bir sinifdə sobanın partlaması səsini eşidiblər:
"Həmin sinifdəki uşaqları çölə çıxardılar. Bizim sinfimizdə tüstü yox idi. 3 sinifdə tüstü çıxdıqdan sonra hamımızı bayıra çıxardılar. Tüstüyə görə halımız pisləşdi".
Hadisə ilə bağlı danışan valideyn Şahlar Quliyev isə zəhərlənən şagirdlərdən bəzilərinin vəziyyətinin yaxşı olmadığını qeyd edib:
"Övladım qaça-qaça gəlib dedi ki, soba partlayıb, uşaqlar tüstüdən zəhərləniblər. Yaxınlıqda yaşayırıq.
Gələndə gördüm ki, təcili tibbi yardım maşınları məktəbdədir. Valideynlərdən bir neçəsi ilə əlaqə saxlamışam. Deyirlər ki, uşaqların vəziyyəti qənaətbəxş deyil".
Ətraflı süjetdə:
/ azxeber.com
f Paylaş
Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır