Toyda dava: Bəy gəlinin dayısı oğlunu yumruqladı

Toyda dava: Bəy gəlinin dayısı oğlunu yumruqladıBiləsuvar rayonunda 1985-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Sərdara (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində keçirilən toy məclisində baş verib. Sahib saat 20:35-də Sərdara xəsarətlər yetirib.
Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsi ilə birlikdə Biləsuvar rayonunun kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir:
"Şadlıq evində toy məclisimiz təşkil edildi. Zərərçəkmiş Sərdar arvadımın dayısı oğludur. Mən həmin şəxsi arvadımın qohumu kimi ilk dəfə toy məclisindən əvvəl həyata keçirilən "ciyər axşamı" adlanan məclisdə tanımışam.
Toy məclisində saat 20:35-də Sərdar mənə yaxınlaşaraq, toyda oğlan tərəfinin qonağı olan bir şəxsin sərxoş vəziyyətdə söyüş söydüyünü və sonuncunun toy məclisindən çıxarılmalı olduğumu bildirdi.
Mən isə Sərdara bəy olduğumu və şikayətini başqa adama deməsini bildirdim. Lakin Sərdar mənim yanımda qaldı və təkrarən eyni sözləri mənə 3 dəfə dedi. Mən həmin şəxsə "əgər səni söyürsə, özün çıxar çölə danış, bu boyda toyda bir kişi sən çıxmamısan ki..." məzmununda cavab verdim.
Sərdardan yanımdan getməsini tələb etdim. Həmin vaxt Sərdar qəflətən bir dəfə yumruqla məni vurdu. Əsəbiləşərək ayağa qalxdım və özümü müdafiə etmək məqsədilə Sərdarı bir dəfə yumruqla sifət nahiyəsindən vurdum".
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Sərdarın qardaşı onu arxadan vurub və digər qardaşı da onun üzərinə hücum edib: "Mən zərərçəkmiş şəxsin hazırda adını xatırlamadığım qardaşını da özümü müdafiə etmək məqsədilə vurmuşam. Zərərçəkmiş şəxsin baş nahiyəsinin arxa hissəsinə heç bir zərbə endirmədim. Sonradan həmin şəxsi kimin döydüyünü görməmişəm. Sonda zərərçəkmiş şəxsi özümü müdafiə etmək məqsədilə vurmuşam".
İş üzrə zərərçəkmiş Sərdarın sözlərinə görə, təqsirləndirilən Sahib onun bibisi qızının həyat yoldaşıdır: "Şadlıq evində təşkil edilən toy məclisində ailəm ilə birlikdə iştirak etdim.
Oğlan və qız toyu birlikdə baş tutuduğuna görə toy məclisində hər iki tərəfin yaxınları iştirak edib. Həmin gün saat 20:35-də toy məclisində bir nəfər şəxsin sərxoş vəziyyətdə söyüş söyməsini eşitdim. Həmin şəxsin oğlan tərəfinin qonağı olduğunu fikirləşdim. Ona yaxınlaşıb, nəsə demədim".
Zərərçəkmiş qeyd edib ki, daha sonra gəlin və bəy masasına yaxınlaşıb, bəyə bir nəfər qohumunun sərxoş vəziyyətdə söyüş söyməsi barədə məlumat verib:
"Çünki mən oğlan tərəfindən yalnız Sahibi tanımışam. Buna görə də həmin şəxsə şikayətimi bildirmişəm. Sahibə həmin şəxsin oğlan evinin qonağı olduğunu və söyüş söyməyə davam etdiyini bildirdim.
Bunun qarşısını almasını tələb etdim. Bu zaman Sahib heç bir səbəb olmadan yumruqla sifət nahiyəmə zərbə vurdu. Lakin həmin yumruq zərbəsi mənə zəif dəydi. Əgər həmin zərbədən yayına bilməsəydim, mənim boynum sına bilərdi.
Bundan sonra isə gəlin və bəyin masasının yaxınında dayanan, məclisi idarə edən şəxs məni vurdu. Həmin şəxsin boynumun arxa hissəsinə endirdiyi zərbə nəticəsində yerə yıxıldım və özümdən getdim.
Mən özümə gəldiyim zaman xəstəxanada idim. Sonradan toy məclisində baş verənlərdən mənim heç bir xəbərim olmayıb".
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Sahib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Azadlığın məhdudlaşdırılması cəzasının icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub. / azxeber.com

Sosial       Tarix: 11 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri beynelxalq bank mezenne kriminal xeberler valyuta mezennesi banklar