Tramp: ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb
Prezident Donald Trampın əmri ilə yeri dəyişdirilən ABŞ-nin iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə amerikalı lider Bedminsterdən (Nyu Cersi) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib.
"Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər", – Tramp bildirib.
Bundan əvvəl o, "Newsmax" telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan imtina edib. Ağ Evin rəhbəri yerdəyişmə qərarını Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib.
Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, ABŞ lideri Moskva ilə "ultimatum oyunu" oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.
Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.

Bakıda cinayət: Yeniyetmə qız atasını bıçaqladı
"Anam və bacım da yanımda idi, dedim ki, mahnını söndür..." — Son zəngdəki hadisənin təfərrüatı
Gəmidə həkim işləyən Tural müəmmalı şəkildə yoxa çıxıb: "Oğlumu qanunsuz saxlayıblar"
Hüseyn Həsənova cinayət işi açıldı
Rəsmi Bakı QƏRAR VERDİ: Azərbaycanın bu gedişi hər şeyi dəyişəcək
Vuçiçin 48 saat proqnozu alt-üst oldu: Tramp İranla bağlı dünyanı BELƏ ALDADIR: YENİ DETALLAR
Minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq
İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşü olub
ABŞ İrana qarşı "ildırımsürətli müharibə" planı həyata keçirəcək – Tarix açıqlandı
Onlar rəqəmsal terrora məruz qalır, səs və görüntüləri təqlid edilir
Nazir müavini Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimində iştirak edib
İTV-yə yeni üzvlər seçildi: Ləğv edilmiş holdinqin keçmiş rəhbəri, din xadimi və çempion
Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti
"Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək
İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi