Tramp: Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək

Tramp: Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verəcəkABŞ Prezidenti Donald Tramp Kir Starmerin Böyük Britaniyanın Baş naziri postundan tezliklə istefa verəcəyinə əminliyini ifadə edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"Kir Starmer Birləşmiş Krallığın Baş naziri postundan istefa verəcək. O, iki çox vacib məsələnin – immiqrasiya və energetika – (Şimal dənizi neftini açın!) öhdəsindən son dərəcə pis gəlib. Ona hər şeyin ən yaxşısını arzulayıram!" – paylaşımda bildirib.
Daha əvvəl "Sky News" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Böyük Britaniyanın XİN rəhbəri İvett Kuper Starmerlə söhbətində ona istefa verməli olduğunu deyib. Digər nüfuzlu daxili işlər naziri Şabana Mahmud da bu fikirdə onunla həmrəydir.
"The Observer" həmçinin Starmerin elə iyunun 22-də öz istefasını elan edə biləcəyi ehtimalını da istisna etməyib. Nəşrin məlumatına görə, əks təqdirdə, iyunun 23-də Nazirlər Kabinetinin iclasında ondan açıq şəkildə postunu tərk etməsi istəniləcək.
Starmerin istefası ilə bağlı söhbətlər onun partiyadaşı, Böyük Mançester qraflığının meri Endi Bernemin iyunun 18-də Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) keçirilən əlavə seçkilərdə qalib gəlməsindən sonra aktivləşib. Bu qələbə Bernemə leyboristlərin sol cinahının dəstəyini itirmiş Starmerin liderliyinə meydan oxumaq imkanı verib.
Böyük Britaniyada siyasi böhran mayın 7-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdən sonra alovlanıb. Seçkinin yekunlarına əsasən, Leyboristlər Partiyası ilk dəfə Uels parlamenti üzərində nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarına leyboristlər əvvəllər malik olduqları ilə müqayisədə 1,4 min daha az nümayəndə keçiriblər. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb, lakin leyboristlərin lideri və baş nazir postlarından getməkdən imtina edib.

Siyasi       Tarix: 21 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri sonxabar en son xəbərlər bugün xeber.az bu gun