Tramp İrana hücumu və Xameneini devirməyi planlaşdırır - GİZLİ PLAN

Tramp İrana hücumu və Xameneini devirməyi planlaşdırır - GİZLİ PLANABŞ Prezidenti Donald Tramp diplomatik tədbirlərin və ya İrana qarşı məhdud zərbələrin Tehranın nüvə proqramından imtina etməsinə gətirib çıxarmayacağı təqdirdə, daha genişmiqyaslı əməliyyatı, o cümlədən ölkənin ali lideri Ayətullah Əli Xameneinin devrilməsinə yönəlmiş variantı nəzərdən keçirə bilər.
KONKRET.azxəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Vaşinqtonun İrana qarşı hərbi addımları ilə bağlı yekun qərar hələ qəbul olunmayıb. Mənbələrin bildirdiyinə əsasən, Tramp yaxın günlərdə zərbə endirilməsinə meyillidir və məqsəd İran hakimiyyətini nüvə silahı proqramından geri çəkilməyə məcbur etməkdir.
Potensial hədəflər sırasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı, İranın nüvə obyektləri və ballistik raket proqramı ilə bağlı infrastrukturun olduğu qeyd olunur.
NYT-nin məlumatına görə, ABŞ prezidenti müşavirlərinə bildirib ki, əgər bu addımlar Tehranı güzəştə getməyə vadar etməzsə, 2026-cı ilin sonlarında Xamenei rejiminin devrilməsinə yönəlmiş daha genişmiqyaslı əməliyyat istisna edilmir.
Amerikalı rəsmilərdən ibarət mənbələr bildiriblər ki, əvvəllər İranın dərinlikdə yerləşən və adi silahlarla vurulması çətin olan uranın zənginləşdirilməsi mərkəzlərinə qarşı xüsusi təyinatlı qüvvələrin reydləri variantı da müzakirə olunub. Lakin bu plan yüksək riskli hesab edilib, çünki uzunmüddətli hərbi mövcudluq tələb edərdi və bu, əvvəlki bəzi əməliyyatların miqyasını xeyli üstələyə bilərdi. Hazırda belə diversiya missiyası planları təxirə salınıb.
Bundan əlavə, müxtəlif qoşun növlərinin nümayəndələri İranla mümkün uzunmüddətli müharibənin və ya buna hazırlığın ABŞ ordusunun döyüş qabiliyyətinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
Xüsusilə, Hərbi Dəniz Qüvvələrinin gəmilərinin hazırlıq səviyyəsi, "Patriot" hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı, eləcə də nəqliyyat və kəşfiyyat aviasiyasının yüklənməsi ilə bağlı risklər qeyd olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 23 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri