Tramp İranda hakimiyyəti dəyişmək istəyir, yoxsa ölkəni məhv etməyi? - ABŞ-ın əsl məqsədi şoka salır

Tramp İranda hakimiyyəti dəyişmək istəyir, yoxsa ölkəni məhv etməyi? - ABŞ-ın əsl məqsədi şoka salırMüasir dünyada geosiyasi gərginliklərin artması, regional münaqişələrin qlobal güclərin rəqabət meydanına çevrilməsi və yeni güc balansının formalaşması fonunda Yaxın Şərq yenidən diqqət mərkəzinə çıxıb. Xüsusilə İran kimi böyük, zəngin resurslara və strateji mövqeyə malik dövlət ətrafında baş verən hərbi-siyasi proseslər bu ölkənin gələcəyi ilə bağlı müxtəlif ssenariləri gündəmə gətirir. ABŞ və İsrail kimi güclərin artan təzyiqləri, eyni zamanda regiondakı mürəkkəb ittifaqlar və qarşıdurmalar fonunda İranın taleyi ilə bağlı suallar daha da aktuallaşır.
Bəs mövcud reallıqlar şəraitində İran kimi böyük və strateji əhəmiyyətli bir dövlətin tamamilə məhv edilməsi nə dərəcədə realdır?
Bu barədə KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, hazırda qlobal geosiyasi mühit kifayət qədər gərgindir və münaqişələr getdikcə daha geniş miqyas alır. Onun sözlərinə görə, yeni dünya düzəni ağrılı və mürəkkəb proseslər fonunda formalaşır.
Tramp İranda hakimiyyəti dəyişmək istəyir, yoxsa ölkəni məhv etməyi? - ABŞ-ın əsl məqsədi şoka salırPolitoloq qeyd edib ki, hazırda əsas gərginlik ocaqlarından biri də İran ərazisidir:
"Avropada necə ki, Ukrayna müharibə meydanına çevrilibsə, Yaxın Şərqdə də İran eyni funksiyanı daşıyır. Bununla belə, İranın ciddi strateji dərinliyi var və bu səbəbdən uzun müddət davam gətirmə potensialına malikdir.
İran isə öz növbəsində raket və dron imkanları ilə müdafiə olunur. Burada əsas məqsədin İranı dövlət kimi sıradan çıxarmaq, yaxud hakimiyyət dəyişikliyi etmək və ya ölkənin resurslarına nəzarəti ələ keçirmək olduğu ehtimalı səslənir".
Əli Mustafa əlavə edib ki, bəzi hallarda rəsmi açıqlamalar real niyyətləri tam əks etdirmir:
"Məsələn, Donald Trampın İranla bağlı verdiyi açıqlamalar da müxtəlif yanaşmalar doğurur və bu səbəbdən tənqid edilir.
Mövcud rejimin perspektivləri zəif görünür, lakin İranın tamamilə məhv edilməsi real ssenari kimi qiymətləndirilmir. Daha çox ehtimal olunan variant odur ki, İran gələcəkdə formalaşacaq çoxqütblü dünya düzənində öz yerini tutacaq. Bu qütbün isə daha çox türk-müsəlman dünyası ilə əlaqəli olması mümkündür".
Ekspert qeyd edib ki, hazırkı mərhələdə münaqişənin davam edəcəyi gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 23 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber en son xeberler bu gun en son xəbərlər bugün havanın temperaturu