Tramp Kubanı aydınlığa çıxaracaq? - "Madurodan sonra..."
Maduronun devrilməsindən ən çox zərər çəkən ölkə Kuba ola bilər. Venesuela oradakı qardaş rejimə çox ucuz qiymətə neft satır və bu, Kubanın neft ehtiyacının 40 faizini təşkil edir. ABŞ bu alveri dayandırsa, Kubada sosial-iqtisadi vəziyyət daha da ağırlaşacaq.
KONKRET.azxəbər verir ki, bunu politoloq Şahin Cəfərli sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, Kuba hazırda çox ağır, hərtərəfli böhran girdabındadır: "Hökumət xalqı elektrik enerjisi, qida, dərman kimi təməl ehtiyaclarla təmin edə bilmir. Əhalinin 70 faizi normal qidalanmır, azı 90 faizi dərin yoxsulluq içərisindədir. Xəstəliklər geniş yayılıb. Kommunal infrastruktur dağılıb".
"Şübhə yoxdur ki, Tramp və kubalı dövlət katibi Marko Rubio qarşıdakı 3 il ərzində Kuba məsələsini də həll etməyə və uzun illərdir qıcıq duyduqları sosialist rejimi nəhayət ki, yox etməyə çalışacaqlar.
Trampın qitə siyasəti latınamerikan mənşəli amerikalılar arasında (xüsusən Floridada) indiki administrasiyanın nüfuzunu artıracaq. Amma bu, qarşıdakı Konqres və prezident seçkilərində respublikaçıların qələbəsi üçün yetərli olmaya bilər" – Ş. Cəfərli vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib