Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
ABŞ və Azərbaycan TRIPP və ya "Tramp Marşrutu" üzrə texniki danışıqlara başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Avronyus" məlumat yayıb.
Mənbə bildirib ki, ABŞ-ın texniki nümayəndə heyəti Bakıda "Tramp Marşrutu" layihəsi üzrə danışıqlar aparıb. Vaşinqton Azərbaycanla yeni strateji tərəfdaşlığını konkret infrastruktur layihələrinə çevirməyə çalışır.
ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndə heyətinin səfəri çərşənbə günü başa çatıb. Səfərin məqsədi iki ölkə arasında ortaq strateji infrastruktur prioritetlərini inkişaf etdirmək olub. Bu, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı imzalanmış ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının bir hissəsidir.
USTDA-nın Avropa və Avrasiya üzrə regional nümayənsədi Sara Lemminq "Avronyus"a deyib:
"Azərbaycanın strateji coğrafi mövqeyi onu Mərkəzi Asiyanı Qərblə birləşdirən Transxəzər tranzit marşrutunda əvəzolunmaz nəqliyyat mərkəzinə çevirir. "Tramp Marşrutu" bu dəhlizi daha da vacib edəcək".
ABŞ-ın müvafiq qurumu hazırda Azərbaycanla mayeləşdirilmiş təbii qaz, mülki nüvə enerjisi, elektrik enerjisinin ötürülməsi, süni intellekt infrastrukturu, kibertəhlükəsizlik və rəqəmsal rabitə sahələrində layihələri araşdırdığını açıqlayıb.bakupost.az

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK